Şrift:
Haaqada Azərbaycan-Türk Mədəniyyət dərnəyinin üzvləri Qanlı Yanvar şəhidlərinin xatirəsini yad ediblər
22.01.2018 [10:37] - Türk dünyası-Turan, Diaspor
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət dərnəyinin üzvləri də Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Haaqa şəhərində dərnəyin qərargahında keçirilən anım tədbirində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərnəyin üzvü İmam Əfəndiyev 20 Yanvar hadisələri haqqında geniş məlumat verərək, şəhərə daxil olmuş, dinc əhalini atəşə tutmuş keçmiş sovet əsgərlərinin azadlıq uğrunda ayağa qalxmış insanların əzmini sındıra bilmədiyini bildirib.

20 Yanvar tarixinin xalqımızın azadlığı və milli iradəsinin rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed