22.01.2018 [14:35] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində seçicilərlə daha bir məhəlli görüş keçirilib.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, qəsəbənin “Şimal” yaşayış sahəsi 1-ci döngədə keçirilən görüşdə sakinlərin problemləri dinlənilib. Ərazilərlə bağlı müraciətlərə yerində baxış keçirilib, əsaslı müraciətlər baxılması üçün qeydiyyata alınıb, əsassız olanlar barədə isə sakinlərə izahat verilib.
Bundan əlavə sakinlərlə milli və dövlətçilik maraqlarının qorunmasının və hər hansı separatçılığa qarşı mübarizədə dövlətin yanında olmanın vacibliyi ilə bağlı səmimi söhbətlər aparılıb.
Seçicilərlə bu şəkildə görüşün keçirilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb və onlara millət vəkili tərəfindən göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumatda bildirilir ki, görüşdə qeydə alınan problemlərin həlli ilə bağlı artıq Fərəc Quliyev tərəfindən aidiyyatı üzrə müraciətlər göndərilmişdir.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir ərazidə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli istiqamətində çalışılır.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |