18.06.2012 [17:48] - Güney Azərbaycan xəbərləri
Rusiyanın paytaxtı Moskvada İranın nüvə proqramına dair "5+1" ölkələri ilə danışıqların növbəti raundu başlayır. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü - Rusiya, Fransa, Çin, ABŞ, Böyük Britaniya ilə Almaniya bir daha İrandan öz nüvə fəaliyyətini, uranın 20 faizədək zənginləşdirilməsini, nüvə materiallarının ixracatını dayandırmağı, eləcə də Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə yeraltı zavodu bağlamağı tələb edəcək.
"5+1" ölkələri həmçinin Tehran yaxınlığındakı Parçin hərbi kompleksinə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin buraxılmasına nail olmaq istəyir. İran isə, öz növbəsində, sanksiyaların aradan qaldırılmasında və özünün uran zənginləşdirmək hüququnun tanınmasında təkid edəcək.
Nüvə danışıqlarının bu raundu da 2 gün davam edəcək. İran nümayəndə heyətinə Səid Cəlili, "altılıq" nümayəndə heyətinə isə Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kətrin Eşton rəhbərlik edir. Rusiya bu danışıqlardan müsbət nəticələr gözləyir, Qərb isə danışıqların Moskva raundunun da nəticəsiz qalacağı təqdirdə, məsələnin artıq güc tətbiqi ilə həll olunacağını istisna etmir. Mütəxəssislər isə Moskva görüşündən sonra da tərəflərin öz mövqelərində qalacağına əmindirlər. Tərəflər iki gün ərzində İranın nüvə proqramı ilə bağlı məsələnin həlli yollarını və mümkün variantları müzakirə edəcəklər, müzakirələrin sonunda isə Səid Cəlili və Kətrin Eşton ayrı-ayrılıqda mətbuat konfransı ilə çıxış edəcəklər.
Xatırladaq ki, İranın nüvə proqramına dair danışıqlar 13 ay fasilədən sonra aprelin 14-də Türkiyənin İstanbul şəhərində və mayın 23-24-də İraqın paytaxtı Bağdadda baş tutmuş, lakin nəticəsiz qalmışdı. Bağdadda "altılıq" Tehrana nüvə probleminin tənzimlənməsi yollarından ibarət təklif vermişdi. Bu təklif Rusiyanın xarici işlər naziri Serqey Lavrovun "mərhələlər" planına əsaslanır və problemin addım-addım və qarşılıqlı şəkildə həllini nəzərdə tuturdu. İran isə cavabında nüvə silahının yayılmamasına dair sazişə əsaslanan və 5 bənddən ibarət olan təklif vermiş, tərəflər yenə də razılığa gələ bilməmişdi.

Bu xəbər oxucular tərəfindən 1456 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |