19.06.2012 [01:40] - Siyasət
Tanınmış tarixçi alim, qafqazşünas Rudolf İvanov bu gün Gəncədə səfərdə olub. Səfər zamanı alimə Gəncənin zəngin tarixi barədə məlumat verilib və gələcək əməkdaşlıq barədə razılaşma əldə edilib.
Gəncəyə təşrif buyuran Rudolf İvanov öncə Gəncə Regional Elmi Mərkəzdə olub. Qafqazşunas “Azərbaycan həqiqətləri, Rusiyanın gəlişi və İran motivləri. XIX əsr Azərbaycan tarixi oçerkləri” və “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi” adlı nadir tarixi kitablar kolleksiyasını Gəncə ziyalılarına hədiyyə edib. Tədbirdə iştirak edənlər rusiyalı tarixçinin fəaliyyətini yüksək qiymətləndirib. Tarixçi özünün gərgin araşdırmaları barədə söhbət açaraq Gəncə xanı Cavadxanın həyatını və qəhrəmanlıqlarını qeyd edib.
“Axırıncı kitabımda Azərbaycan haqda oçerklərimdən ən irisi Gəncəyə və Cavadxana həsr olunub. Bu oçerkdə 70 sənədə istinad olunur. Cavadxan obrazına onun vətənpərvərliyinə valehəm. Ümumiyyətlə Azərbaycan tarixi çox zəngindir. Bu, unikal qəhrəmanlıq tarixin dərindən öyrənilməli və təbliğ olunmalıdır. Cavadxan obrazı Nizami Gəncəvi kimi gələcək nəsillərin yetişdirilməsin mühüm əhəmiyyət kəsb edir”.
Rusiyalı alim bildirib ki, Azərbaycan onun ikinci vətənidir. Görüşdə elmi mübadilənin aparılması və Azərbaycan həqiqətlərinin dünyaya elmi araşdırmalarla çatdırılması məqsədi ilə əməkdaşlıq edilməsi qərara alınıb. “Skibidskinin son kitabında dəqiqliklə rəsmi sənədlərə əsaslanaraq göstərilir ki, hara nə qədər erməni köçürülüb. Hətta süni köçürülmələrdən sonra belə, hər zaman azlıqda olublar və Dağlıq Qarabağ ərazisində ermənilərin nisbəti 20 faizi ötməyib. Bəs onlar bu ərazilərə iddia haqqını hardan alırlar? Doğma şəhərim Pyatiqorskidə də ermənilərin bu həyasızlığını görmək mümkündür. Fikrimcə buna səbəb bizim olduqca liberal və sülhpərvər olmağımızdan irəli gəlir”.
Rudolf İvanov bildirib ki, hazırda bütün Azərbaycana həsr ediləcək kitab üzərində işləyir və səfərinin əsas məqsədi də bu kitab üçün materiallar toplamaq, tarixi abidələri gözləri ilə görmək və tarixi yerlərlə tanış olmaqdır. Görüşdən sonra alim Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsini, Şah Abbas məscidini, Gəncə qalasını, İmamzadə kompleksini, Azos körpüsü Cavadxan, Comərd Qəssab və Topalhəsənlidə yerləşən Alban məbədlərini ziyarət edəcək.
İki günlük Gəncə səfərindən sonra isə alimin Şəki şəhərinə gedəcəyi gözlənilir. Xatırladaq ki, 2009-cu ildə R.İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilib.

Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |