Şrift:
"ERMƏNİSTAN ARXİVLƏRİN AÇILMASINA RAZILIQ VERMƏYƏCƏK" - FAKTLARIN AÇILMASINDAN QORXUR
23.01.2018 [10:16] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Əslində XX əsrin əvvəllərində həm Türkiyədə, həm də şimali və cənubi Azərbaycandakı soyqırımları ermənilər törədib”.

Bu barədə "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qondarma "erməni soyqırım"ı ilə bağlı həqiqətlərin üzə çıxması üçün Ermənistana arxivlərin açılması təklifindən danışarkən millət vəkili Fərəc Quliyev bildirib.

Parlamentari qeyd edib ki, Türkiyə tərəfindən dəfələrlə çağırış edilsə də, Ermənistan arxivlərin açılmasına razılıq verməyib:

"Ermənistan bu faktların tam şəkildə üstünün açılmasını istəmir. Türkiyədə öldürülən ermənilər vətənə xəyanət edən, orduya qarşı çıxmış ermənilər idi. Bu, soyqırım sayıla bilməzdi. Ona görə, Ərdoğanın tələbləri qəti və inamlıdır, ancaq Ermənistan buna razılıq verməyəcək. Bu narazılığın özü əsas verir ki, Ermənistan faktların açılmasından qorxur. Çağırışın özü belə ermənilərin günahkar olduğunun isbatıdır”.

Qeyd edək ki, R.T. Ərdoğanın sözlərinə görə, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur. Prezident xatırladıb ki, həmin hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var və onların 1 milyonu indiyə qədər açılıb.

Aysel Aslan
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed