Şrift:
Sarkozini yeni təhlükə gözləyir
19.06.2012 [12:37] - Siyasət
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin başı yenidən dərddədir. Sarkozinin üzərindən toxunulmazlıq hüququ götürüldükdən sonra bir qrup fransız onun cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Şikayətin əsas səbəbi isə 2002-ci ildə Pakistanda baş verən “Karaçi hadisəsi” zamanı 14 fransız əsgərinin ölümündə Sarkozinin əli olmasına dair iddiaddır. Şikayətçilər iddia edirlər ki, Sarkozi Pakistanın məxfi xidmət orqanlarına rüşvət verib. Bütövlükdə iddiaçılar 14 fransız əsgərinin ölümündə birbaşa Sarkozini günahlandırırlar. Hadisə zamanı ölən şəxslərin yaxınları Fransanın qalmaqallı sabiq prezidentinin və keçmiş daxili işlər nazirinin hadisəyə görə məsuliyyət daşımalı olduqlarını bildirirlər.

Qeyd edək ki, N.Sarkozi haqqında səslənən şikayətlər öz təsdiqini taparsa, eks-prezidentlə bağlı cinayət işi açıla bilər.
Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed