Şrift:
Qırğızıstan KİV-ləri 20 Yanvar faciəsinin 28-ci ildönümünü geniş işıqlandırıb
23.01.2018 [10:56] - Türk dünyası-Turan
Qırğızıstan kütləvi informasiya vasitələri 20 Yanvar faciəsinin 28-ci ildönümünü geniş işıqlandırıb.

Qırğızıstanın “Piramida” və “Manasın səsi” televiziya kanallarında, “Kabar” agentliyində, “CA-News” saytında və “for.kg” xəbər portalında Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı materiallar verilib.

Videomaterial və məqalələrdə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib, 150-yə yaxın insan qətlə yetirilib, 744 nəfər yaralanıb.

Materiallarda sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilən vəhşiliklər haqqında məlumat verilir, bu qanlı faciədə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ-nin rəhbərliyi günahlandırılır.

Qeyd edilir ki, bütün dəhşətlərinə baxmayaraq, bu ağır faciə Azərbaycan xalqının iradəsini, milli azadlıq, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed