Şrift:
Deputat: “Azərbaycan rəsmiləri Borçalı camaatına güzəşt etməlidir”
19.06.2012 [12:40] - Borçalı
Gürcüstanlı soydaşlarımız tarixi vətənə cərimə ödəməklə gəlib-qayıdırlar

Hazırda Azərbaycanda xeyli sayda qeydiyyatı olmayan Gürcüstan vətəndaşı olan soydaşlarımız yaşayır. Lakin onlar geri qayıdarkən yeni problemlə üzləşirlər. Belə ki, “Sınıq Körpü” gömrük məntəqəsində əslən Borçalıdan olanlar Azərbaycanda qanunla nəzərdə tutulduğu 3 aydan çox qaldıqları üçün cərimə olunurlar.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov öz açıqlamasında bildirib ki, hər bir dövlətin öz qayda-qanunu var. “Əgər Gürcüstan vətəndaşı gedib Azərbaycanda qeyri-leqal vəziyyətdə qalırsa, həmin ölkənin qanuna görə cəriməsini ödəməlidir”.

Deputat bu məsələ ilə bağlı ona şikayət daxil olmadığını bildirib. “Hər halda biz də azərbaycanlıyıq. Azərbaycan tərəfi də bu işə bir az güzəştli yanaşsa, yaxşı olar. Həmin şəxslər evlərini, ana-bacılarını, ailələrini atıb getməyiblər. Pul qazanmaq, dolanışıq üçün gediblər. Onu da sərhəd məntəqələrindəki məmurlar əllərindən almaq istəyirsə, bu bir az azərbaycançılığa, bizlərə yaraşmaz”.

A.Süleymanov məsələ ilə bağlı, yəqin ki, Azərbaycan dövlətinə müraciət edəcəklərini vurğulayıb.

Aytən Əliyeva
Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed