23.01.2018 [11:11] - Hadisə
Son 20 gündə Ukraynada qızılca xəstəliyindən 8 nəfər ölüb, bu da 2017-ci illə müqayisədə iki dəfə çoxdur. Belə ki, ötən il qızılca xəstəliyindən 4 ölüm faktı qeydə alınıb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Artıq bu ilin əvvəlindən ölkədə 1285 nəfər qızılca xəstəliyinə tutulub.
Kiyev şəhər Laboratoriya Mərkəzinin direktoru Sergey Çumak isə mətbuata açıqlamasında bildirib ki, paytaxtda bu il 121 nəfər qızılca xəstəsi kimi qeydiyyatdan keçib. Onlardan 86-sı uşaqdır. Onun sözlərinə görə, Kiyevdə hər gün 4-6 nəfər qızılca xəstəliyinə tutulur. 121 nəfərdən 93-ü qızılcaya qarşı peyvənd olunmayanlardır.
Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkədə qızılcaya qarşı 500 min flakondan çox vaksinasiya var. Apreldə UNICEF Ukraynaya daha 1 milyon flakon vaksinasiya göndərəcək.
Emil Hüseynli

Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |