19.06.2012 [13:41] - Hadisə
Azərbaycan torpaqlarının işğalda olmasına və son günlər cəbhə xəttində gərginliyin artmasına baxmayaraq, ermənilərlə azərbaycanlılar Gürcüstanda birgə tədbir keçiriblər.
Müxbirimiz xəbər verir ki, iyunun 17-də Tiflisdə baş tutan tədbiri Ermənistandan gəlmiş bir qrup təşkilat rəhbəri və Azərbaycanda fəaliyyət göstərən Humanitar Tədqiqatlar Cəmiyyəti təşkil edib.
Görüşdə 20-dən çox erməni, 10-dan çox azərbaycanlı iştirak edib. Təşkilatçılar çıxışlarında müharibəyə son qoymağı, hər şeyi sülhlə tamamlamağı təklif ediblər. Daha sonra azərbaycanlı və erməni dizaynerlərin, jurnalistlərin, fotoqrafların özündə sülh çağırışları əks etdirən əl işləri nümayiş olunub.
Sonda tərəflər bir-birinə mükafat da təqdim ediblər. Ermənilər azərbaycanlı yazıçı Seymur Baycana diplom, saat və üzərində sülh rəmzi olan foto hədiyyə veriblər.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, cəmiyyətin üzvü, “Dalğa” Gənclər Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru Həmidə Qiyasbəyli loqo hazırladığına görə, bəstəkar Firudin Allahverdi musiqili kompozisiya hazırladığına görə ermənilər tərəfindən təltif olunublar. Tədbirdə “Dalğa” üzvü Rasim Əfəndiyevin iki ölkənin müharibəsinin sülhlə tamamlanması çağırışı ilə çəkdiyi qısametrajlı film də nümayiş etdirilib. Daha sonra ermənilərlə azərbaycanlılar birgə şam ediblər. Tiflisdəki müxbirimiz yazır ki, ermənilər həmin tədbirdə çox gərgin və narahat görünürmüşlər. Onlar hər fürsətdə sülhdə maraqlı olduqlarını vurğulayıblar.

Bu xəbər oxucular tərəfindən 1468 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |