19.06.2012 [15:13] - Diaspor
Azərbaycanın Polşadakı səfirliyinin və “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin birgə təşəbbüsü ilə Varşavada fəaliyyət göstərən Y.Yaşinski adına 72 nömrəli orta məktəbdə dahi Azərbaycan filosof şairi, Şərq renessansının banisi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş poeziya gecəsi keçirilmişdir.
Azərbaycanın Polşadakı səfirliyindən bildirmişlər ki, məktəbin direktoru, “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin üzvü xanım Bojena Kozak tədbirin əhəmiyyəti haqqında danışmışdır.
Poeziya gecəsində çıxış edən səfir Həsən Həsənov Nizami Gəncəvinin həyat və yaradıcılığı, Azərbaycanın müasir ədəbiyyatı və incəsənəti haqqında iştirakçılara ətraflı məlumat vermişdir. H.Həsənovun çıxışı Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı səfirlik tərəfindən tədbir üçün xüsusi olaraq hazırlanmış slaydlarla müşayiət olunmuşdur.
“Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova rəhbərlik etdiyi qurumun Nizami Gəncəvinin xatirə gecəsinin keçirilməsinə cəlb olunmasından məmnunluğunu bildirmişdir.
“Paradoks” teatrının rejissoru Rişard Yakubişak Nizami Gəncəvinin “İsgəndərnamə” poeması haqqında danışmışdır. Daha sonra R.Yakubişakın rəhbərliyi altında “Bay” kukla teatrının aktyorları və Y.Yaşinski adına 72 nömrəli orta məktəbin şagirdləri tərəfindən hazırlanmış “Makedoniyalı İsgəndərin Bərdə hakimi Nüşabə ilə görüşü” səhnəsi göstərilmişdir.
İştirakçılara Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən rəngli açıqcaların paylandığı tədbirdə Azərbaycanla bağlı fotosərgi də keçirilmişdir.
Poeziya gecəsi qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Bu xəbər oxucular tərəfindən 1704 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |