24.01.2018 [10:51] - Türk dünyası-Turan
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Ukraynada müharibənin humanitar nəticələrinə dair qətnamə qəbul edilib.
Qətnamədə 2067 saylı qətnamənin 2015-ci ildə qəbul edilməsindən keçən müddət ərzində Ukrayna ərazisində gedən silahlı münaqişə zamanı girov götürülən şəxslərin dəyişdirilməsi və ya azad edilməsi istiqamətində heç bir addım atılmamasından təəssüf hissi ifadə olunur.
Bundan əlavə, Assambleya Krımın demoqrafik tərkibinin dəyişdirilməsinə, habelə tatarların Krımdan köçüb getməsinə yönələn siyasəti pisləyib.
Sənəddə, həmçinin bildirilir ki, Ukraynada müharibə nəticəsində məcburi köçkün düşmüş insanların vəziyyəti dövlətin başlıca problemləri siyahısına daxil edilməlidir. Assambleya münaqişə tərəflərini itkin düşmüş insanların ailələrinə onları tapmaqda yardım etməyə çağırır.
Qətnamədə, həmçinin Rusiyaya Donetsk və Luqansk ərazisində fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalara maliyyə və silah yardımı göstərilməsini dayandırmaq çağırışı edilib.
Qətnamə 66 nəfərdən 55 nəfəri lehinə, 10 nəfər bitərəf, əleyhinə 0 olmaqla qəbul edilib.

Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |