Şrift:
“Mənəviyyatı olan şəxs rüşvət sözünü dilinə gətirməz”
20.06.2012 [10:53] - Gənclik
Türkan Nadirqızı
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
3-cü kurs tələbəsi, rus bölməsi

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb


Tələbə - ali məktəb ocağında biliyə yiyələnən, diplom almaq məqsədi ilə, 4 il daim çalışan, oxuduğu sahə üzərində təhsil almağa çalışan şəxsə deyilir. Bu fikir cəmiyyət arasında formalaşıb.

Lakin tələbənin öhdəlikləri bununla bitmir. Əsl tələbə daima öz üzərində çalışan, biliyini artırmaq üçün əlindən gələni edən, öz ixtisası üzrə sözün əsil mənasında yaxşı bir peşəkar olmaqa cəhd göstərəndir.

Qeyd edim ki, mən hal-hazırda 3-cü kursda oxuyuram. Peşəm də jurnalistdir. Bu fakültəyə daxil olarkən, çox məyus olmuşdum. Çünki arzum hüquqşünas olmaq idi. Lakin alınmadı. Bir il bu fakultədə təhsil aldıqdan sonra, həyatımın ən dəyərli şeyinə - jurnalist peşəsinə sahib olduğumu başa düşdüm.

Mənim müəllimlərim mənə qələmimdən başqa və sözümdən başqa heçnəyə və heç kimə güvənməməyi öyrətdilər. Ola bilər ki, bir çoxu mənim yazdıqlarım ilə razı olmasınlar. Çünki bu günün tələbələri və gəncləri həyatdan çox şey istəyirlər. Əslində bu çox yaxşı bir şeydir. Çünki məqsəd və istək olmasa, insan heç bir şeyə nail ola bilməz. Lakin əfsuzlar olsun ki, gənlərimizin əksəriyyəti istədiklərinə nail olmadıqları halda məyusluğa qapılırlar və bundada ətrafdakıları günahlandırırlar.

Dediyim kimi 3-cü kursdayam, lakin buna baxmayaraq, artıq özümü təmin edən şəxs ancaq mənəm. İki işdə çalışıram və işim təhsilimə heç bir pis təsir göstərmir. Əksinə əlaçıyam, eyni zamanda da prezident təqaüdü alıram. Mənim qazandığım nəyin ki, özümə valideyinlərimə belə maddi cəhətdən kömək göstərməyimə imkan verir.

Sözüm bunda deyil. Bütün bunları yazmaqda məsədim əsil tələbələnin necə biri olmasını izah etmək istəyimdir. Əsl tələbənin vəzifəsi təhsil aldığı müddət ərzində biliyə sahib olmasıdır.

Lakin bizim ölkədə və digər ölkələrdə də həmçinin qəribə bir mənzərə yaranıb. Xarici ölkələrdə tələbələr ali savad almaq üçün universitetlərin hesablarına külli miqdarda vəsait yatırmalı olurlar. Bizdə isə tələbələr pul verirlər ki, oxumasınlar. Bunu edən də bir tək tələbələr yox, həm də valideyinlərdir. Məsələ o yerə gəlib çatıb ki, bəzi müəllimlər rüşvətsiz həyatlarını təsəvvür belə etmirlər.

Əslində mən bunda günahı müəllimlərdə yox, tələbələrdə görürəm. Qanunda göstərilir ki, ən böyük günahkar rüşvət təklif edib verən şəxsdir.

Tələbəlik həyatı heç də asan bir həyat deyil. Lakin eyni zamanda bu illər insan ömrünün ən dəyərli illəridir. Bu illərin qədrini isə hər kəs bilmir.

Tələbə... Əslində bu sözün mənası çox böyükdür. Əsl tələbə səhər tezdən “budilnik”in səsi ilə oyanıb universitetə yollanan, ali savad ocağında təhsil alan, dərs saatı bitdikdə kitabxanalarda axşam saatlarınadək dərs hazırlayan şəxslərdir.

İnsan, məhz, tələbəlik illərində həyatı başa düşür, pisi yaxşıdan, ağı qaradan ayırmağı öyrənir. Məhz, tələbəlik illərimizdə həyata qarşı olan fikirlərimiz formalaşır, nə istədiyimizi başa düşürük. Tələbəlik illəri bizi məqsədlərimizə doğru dahada yaxın edir. Hər halda bu mənim şəxsi fikrimdir. Çünki tələbə olmaq, sözün əsil mənasında tələbə olmaq, mənə çox şeyi verdi.

Bəzi tələbələr universitetə “qonşudan geri qalmamaq” üçün daxil olurlar. Lakin başa düşmürlər ki, əsil tələbə olmaq onlara inanılmaz imkanlar yaradır.

O ki, qala təhsildə rüşvət verənlərə... Mənim fikrimcə mənəviyyatı olan şəxs rüşvət sözünü dilinə belə gətirməz. Çox təəssüflər olsun ki, bu gün tələbələr bunu başa düşmürlər. Onlar düşünürlər ki, kiməsə rüşvət verərək işlərini yüngülləşdirmiş olurlar. Lakin həyat heç kimə asan nəyəsə nail olmağa söz verməyib. Helə həyatın maraqıda daima mübarizədədir.

Əslində tarixə nəzər yetirsək, bu sözlərin təsdiqini taparıq. Görkəmli şəxslərimizin hər biri həyatın çətinliklərini fəth edən şəxslərdir.

Rüşvət verən tələbə isə tələbə deyildir. Azərbaycanını, doğma torpağını, valideyinlərini, müəllimlərini, aldığı təhsili sevməyən şəxsə tələbə demək olmaz. Yəqin ki, belə bir insana heç şəxs də demək düzgün deyildir.

Tələbə isə bütün çətinlikləri görən və bu çətinliklərdən alnı açıq çıxanlardır. Lakin unutmaq lazım deyil ki, mənəviyyatı olan şəxs, hər şeyə öz zəhməti ilə nail olar. Çünki bu həyatda insana qalan onun əməyidir.
Bu xəbər oxucular tərəfindən 1542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed