24.01.2018 [11:11] - Xəbərlər, DAVAMın yazıları
Enter.News hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin General-mayor Feyzulla Mirzə Qacar haqqında olan araşdırmasını oxuculara təqdim edir:
General-mayor Feyzulla Mirzə Qacar 1872-ci ildə Şuşada general Şəfi xan Mirzənin ailəsində dünyaya gəlib. Əmisi Rzaqulu Bəhmən Mirzə oğlu da general olub - dörd general əminin - Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla xan Mirzə, Məhəmməd Mirzənin ilk general rütbəsi alan qardaş oğlusudur.
1920-ci ilin may ayında bolşevikərlə savaşda Gəncə üsyanında həlak olub. Şahzadə Feyzulla Mirzə Peterburqdakı Nikolayev süvari məktəbini Kornet rütbəsində bitirib.
1904-1905-ci illərdə Port-Arturun müdafiəsində işlirak etmişdir. Süvari generalı Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi ikinci Dağıstan alayında podyesaul (Kazak qoşunlarında kapitan) rütbəsində döyüşən şahzadə Feyzulla Mirzə Qacar bir neçə uğurlu döyüşlərin iştirakçısı olmuşdur.
1905-ci il yanvarın 14-də Laizinqou Kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vurşaraq yaralanmışdır.
Həmin ildə nəşr olunmuş “Niva” jurnalının on səkkizinci nömrəsində igid həmyerlimizin foto-şəkli də verilmişdir.
1912-ci ildə on altıncı Tver-draqun alayında rotmistr rütbəsində xidmət edib. Birinci Dünya Müharibəsində Çeçen süvari alayının komandiri şahzadə-podpolkovnik Feyzulla Mirzə Qacar ön cəbhədə vuruşaraq ad-san qazanmışdı.
Onun komandirlik məharəti barədə 1916-cı il fevralın 26-da “Kaspi” qəzeti yazırdı: “Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-Kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Güclü tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brın kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli “Müqəddəs Vladimir" (qılıncla birgə) və ikinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə) ordenilə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir”.
Məhz Birinci Dünya Müharibəsi illərində göstərdiyi qeyri-adi igidliyə və komandirlik məharətinə görə şahzadə Feyzulla Mirzə Qacar 1917-ci il sentyabrın 30-da Qafqaz Müsəlmanlarından təşkil olunmuş Birinci Qafqaz süvari diviziyasına komandir təyin olunur. Həmin il mayın 7-də əla komandirlik məharətinə və döyüş qabliyyətinə görə şahzadə Feyzulla Mirzə Qacara general-mayor rüthbəsi verilmişdir. Yeri gəlmişkən, ilk dəfə şahzadə Feyzulla Mirzə Qacarın general-mayor olması faktına biz K.A.Zalesskinin 2003-cü ildə Moskvada nəşr olunkuş “Birinci Dünya Müharibəsində kim-kim olmuşdur” hərbi ensiklopedik kitabında rast gəldik. (Bax! Həmin kitab, səh. 876-da).
Rusiyadakı inqilabi çevrilişdən sonra vətənə qayıdan şahzadə general Feyzulla Mirzə Qacar Azərbaycan Milli ordusunda xidmətini davam etdirmək istəyir. 1918-ci il dekabrın 23-də Gəncəyə gəlir və Baş Qərargah rəisinin adına belə bir raport yazır: “Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm.
Şahzadə general-mayor Feyzulla Mirzə Qacar.
1919- cü il yanvarın 9-da hərbiyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi polkovnik Həbib bəy Səlimovun iyirmi saylı əmrilə general-mayor Feyzulla Mirzə Qacar Gəncə qarnizonunun rəisi təyin olunur.
1920- ci ilin aprelində bolşevik-daşnak qoşunları ölkəmizi istila etdilər. Bu təhqirə dözməyən Azərbaycan ordusunun mərd əsgər və zabitləri ölkəmizin hər yerində olduğu kimi Gəncədə də istilaçılara tabe olmaq istəmədilər. Silahlanmış bütün Gəncə əhalisi üsyana qalxdı. Bir həftə davam edən ağır döyüşlərdə qacarlar nəslindən olan dörd generaldan üçü - Əmir Kazım Mirzə, Məhəmməd Mirzə və Feyzulla Mirzə son nəfəsinə qədər vuruşaraq vətən torpağı uğrunda şəhid oldular.
Belə bir fakt da var ki, Gəncə üsyanında süvari dəstəsi ilə mühasirəyə düşən general-mayor Feyzulla Mirzə Qacarı həbs edib Bakıya gətirən “ÇK”a onu Müsavat siyasi xadimləri ilə birgə Nargin adasında güllələyiblər.

Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |