25.01.2018 [10:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hərbi əməliyyatların başlama ehtimalı artır”
Natiq Miri: “Afrin əməliyyatının başladığı bir ərəfədə Azərbaycan lokal hərbi əməliyyatlara başlamaqla bəzi məntəqələri azad edə bilər”
Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Rusiya reallıqda müttəfiqi Ermənistana qarşı çıxır: “Azərbaycana silah satışında heç bir maneələr yaranmayıb, əksinə Moskva və Bakı uğurla əməkdaşlıq edir. Bu isə Azərbaycan Ordusunun ciddi şəkildə güclənməsi və rəsmi Bakının “əraziləri hərbi yolla azad etmək” variantına hər keçən gün yaxınlaşmasına zəmin yaradır. “Aprel müharibəsi”ndə Rusiya Ermənistanı dəstəkləmədi və dəqiqliklə deyə bilərik ki, hər hansı yeni müharibədə də bu belə olacaq”. Artsruni Ermənistan hakimiyyətinin susqunluğunu tənqid edib.
“İrəvanda Rusiyaya etiraz etmək resursuna malik deyillər. Faktiki olaraq, ölkə rəhbərliyində oturanlar qorxaq siyasət aparır. Bakı isə ərazilərin azad olunmasına hər keçən gün daha da yaxınlaşır”, - deyə o bildirib. Ermənilərin artan qorxusu Qarabağ münaqişəsinin gedişinə nə vəd edir? Gözləmək olarmı ki, bu gedişlə ərazilərimiz yaxın tezlikdə azad olunsun?
Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, ermənilərin artan qorxusu hərbi əməliyyatların yenidən başlanma ehtimalının artmasından xəbər verir: “Kifayət qədər hüquqi əsaslar var ki, ona söykənməklə Azərbyacan Ordusu işğal altında olan torpaqlarını azad etmək üçün hərəkətə keçə bilər. Bir müddət əvvəl Avropa Parlamenti tərəfindən qəbul edilən qətnaməni yada salmaq istərdim. Hansı ki, həmin qətnamədə Azərbaycan tərəfinin ədalətli mövqeyi tam müdafiə olundu.
Burada qəbul edilirdi ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub və işğalçı ordu dərhal ölkəmizin ərazisini tərk etməlidir. Ondan əvvəl isə 60 dövlətin iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatı da məsələ ilə bağlı sənəd qəbul edib. Burada məsələyə daha ətraflı toxunulub. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi göstərilib və dərhal da çıxması tələb olunur. BMT-yə də müraciət olunub ki, onun qəbul etdiyi 4 qətnamənin nəhayət, həyata keçməsi üçün tədbir görsünlər. Üstəlik burada bir ifadə var ki, təşkilat bütün hallarda Azərbaycan dövlətini müdafiə edir. Bunar çox ciddi sənədlərdir.
Ermənistan diplomatik sahədə uğursuzluğa düçar olduğunu görür. Artıq bilir ki, torpaqlar dinc yolla azad edilməsə Azərbaycan hərbi əməliyyatlara başlayacaq. Həqiqətən də Ermənistan rəhbərliyi Rusiyadan icazə almadan heç bir addım ata bilmir. Çünki Ermənistan Rusiyanın forpostu, quberniyasıdır. Silahlanmaya gəlincə, Ermənistan tərəfi birmənalı şəkildə silah kvotasını pozub. İşğalçı ölkə Rusiyanın bu sahədəki imkanlarından kifayət qədər istifadə edərək silahlanıb. Bu azmış kimi, ortaq ordu da yaradıblar. Ermənilərin bu fonda aprel savaşını yada salmalarında məqsəd odur ki, sabah yenidən müharibə başlasa, erməni ictimaiyyəti və onları dəstəkləyən beynəlxalq güclər indidən Ermənistanı müdafiə etmək üçün bir şeylər düşünsünlər. Diplomatik cəhətdən bütün sahələrdə ermənilər uduzub. Hüquqi cəhətdən də Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün zəmin yaranıb. Bu fonda çəkinirlər ki, yaxşı silahlanan Azərbaycan öz gücü hesabına Ermənistanı yerində otuzdura biləcək. Bu mənada narahatlıq keçirməkdə ermənilər haqlıdırlar.
Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, status-kvo vəziyyəti davam edə bilməz. Azərbaycan mövcud vəziyyətin müddətsiz olaraq davam etməsini gözləyə bilməz. Bu əsasda təbii ki, hərbi əməliyyatların başlama ehtimalı artır”.
Politoloq Natiq Miri düşünür ki, Azərbaycan Türkiyənin başladığı Afrin əməliyyatından istifadə etməklə Qarabağda hərbi əməliyyatlara başlaya bilər: “Adətən, həssas məqamlarda ermənilər çığır-bağır salmaqla, əslində, dünya ictimai birliyinin fikrini yazıq erməni obrazına yönəltməyə və bu fonda Azərbaycanın Ermənistan ordusuna qarşı keçirə biləcəyi hərbi əməliyyatların qarşısını almağı hədəfləyirlər. Bütün zamanlarda belə təhlükələr olduğu zaman dərhal siyasətşünaslar, siyasi partiya liderləri, hakimiyyətdəki Qarabağ klanı bu cür çığır-bağır salmaqla dünya ictimaiyyətinin fikrini Ermənistana yönəltmək istəyirlər.
Əslində, Rusiya ölkəmizə silahı heç də Azərbaycanı dəstəklədiyinə görə satmır. Gerçəklik ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı güclü şəkildə krizis altındadır. Rusiyanın bütün ehtiyat resursları, maliyyəsi tükənib. Yaxın bir-iki ilə şimal ölkəsinin qalan resursları da tamamilə xərclənməsilə Rusiya iqtisadiyyatı defolt olma təhlükəsilə üz-üzə qalacaq. Belə olan təqdirdə, Rusiya nəinki Azərbaycana, istənilən ölkəyə silah satmaq marağındadır. Moskva onu da anlayır ki, Azərbaycana silah satmasa, Bakı ondan da keyfiyyətli silahları digər ölkələrdən alacaq. Yəni, Azərbaycanın bu imkanları var. Belə olan təqdirdə, Ermənistana görə Rusiya öz imkanlarını niyə gözardı etməklə özü üçün problem yaratmalıdır ki? Bu vəziyyət heç də Moskvanın İrəvanı satması anlamına gəlmir. Sadəcə, Azərbaycana silah satmaları Rusiyanın maraqları çərçivəsində baş verən bir gerçəklikdir. Təbii ki, Ermənistanın əndişəyə düşməsi üçün real təhlükə var.
Bölgədə Türkiyənin Afrin əməliyyatına başlaması və ABŞ-ın PKK terrorçuları ilə əməkdaşlığına son qoyulmasının müzakirə obyektinə çevrildiyi bir ərəfədə Azərbaycan mövcud durumdan istifadə edərək ildırım sürətli, lokal hərbi əməliyyatlara başlamaqla bir neçə yaşayış məntəqəsini azad edə bilər. Yəni, Azərbaycan Ordusunun belə vəziyyətdə sürətlə hücuma keçməsi ehtimalı mövcuddur. Buna imkan və potensialımız var ki, Ermənistan da ondan əndişələnir. Çünki indiki məqamda Rusiya və digər dövlətlərin Dağlıq Qarabağa fikir yönəltmələri mümkün deyil. Bütün diqqətləri Afrin əməliyyatına yönəlib. Ona görə də, erməni siyasətşünasları çığır-bağır salmaqla yenidən diqqəti Dağlıq Qarabağa yönəltməyə çalışırlar”.
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |