Şrift:
Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizə kampaniyasının başa çatdığını elan edib
25.01.2018 [10:31] - Hüquq
Səudiyyə Ərəbistanının hökuməti şahzadələr, keçmiş nazirlər və krallığın iş adamlarının saxlandığı korrupsiyaya qarşı mübarizə ilə bağlı genişmiqyaslı kampaniyanın başa çatdığını elan edib.
Saxlanılanların əksəriyyəti hökumətə vurulan zərərə görə səhmlərinin və mülklərinin bir hissəsinin dövlət xəzinəsinə ötürülməsi ilə əlaqədar dövlətin təklifi ilə razılaşıb. Məhkəməyə qədər məsələnin həll edilməsindən imtina edən 95 nəfərin işi isə prokurorluğa verilib, indi onlar məhkəmə qarşısında çıxış edəcək.
Daha əvvəl ərəb KİV-inin verdiyi məlumata görə, üç aydır onlarla səudiyyəli yüksək vəzifəli şəxs üçün "həbsxana"ya çevrilən "Ritz-Carlton" hoteli fəaliyyətini fevralın 14-dən etibarən davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed