Şrift:
Mekan İşanquliyev: Türkmənistanla Azərbaycanın əməkdaşlıq planları böyükdür
25.01.2018 [10:53] - Türk dünyası-Turan
Bu il Türkmənistanla Azərbaycanın əməkdaşlıq üzrə böyük planları var. Biz bütün sahələrdə qardaşlıq münasibətlərimizin daha çox inkişaf etməsinə yönəlmiş birgə layihələr həyata keçirəcəyik.

Bu sözləri Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev yanvarın 24-də keçirilən mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən söyləyib.

Türkmənistanla Azərbaycan arasında qarşılıqlı münasibətlər çox yüksək səviyyədədir və yüksələn xətt üzrə inkişaf edir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və həmin səfər çərçivəsində imzalanmış böyük sənədlər paketi bu inkişaf üçün gözəl stimuldur.

Səfir nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi toxunaraq, bu sahənin böyük perspektivi olduğunu vurğulayıb. O deyib: “Yaxın vaxtlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Ticarət Limanı işə salınacaq. Bununla əlaqədar, yükdaşımalarının həcmi və onların coğrafiyası dəfələrlə genişlənəcək. Biz Asiya ilə Avropa arasında iqtisadi əlaqələri sahmana salmaq üçün nəqliyyat dəhlizlərini birgə səylərlə inkişaf etdiririk”.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed