Şrift:
İsveçdəki erməni lobbisi Dağlıq Qarabağ münaqişəsinə dair qətnamənin parlamentdə müzakirəsini əngəlləmək üçün hərəkətə keçib
19.10.2011 [12:08] - Diaspor
İsveç parlamentinin üzvü Mehmet Kaplan: “2012-ci ilin birinci yarısına planlaşdırılan müzakirələrdə məqsəd İsveç parlamentinə və cəmiyyətinə həqiqətləri çatdırmaqdır”


İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamənin müzakirə olunacağı barədə xəbərlər yayıldıqdan sonra erməni lobbisi bu müzakirələri əngəlləmək üçün hərəkətə keçib. İsveçdəki erməni icması parlament üzvlərinə məktublar göndərərək qətnamənin müzakirəsinin ləğvini tələb edirlər. Onların fikrincə, qətnamədə qaçqınlar, məcburi köçkünlər və Xocalı soyqırımı haqda yalan məlumatlar yer alıb.

İsveç parlamentinin üzvü Mehmet Kaplan İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri ilə görüşdə bildirib ki, 2012-ci ilin birinci yarısına planlaşdırılan müzakirələrdə məqsəd İsveç parlamentinə və cəmiyyətinə həqiqətləri çatdırmaqdır. O deyib ki, prezidentlərin Kazan görüşünün nəticəsiz bitməsindən sonra İsveç mediasında Azərbaycanın Minsk Qrupunun təkliflərindən imtina etməsi və hərbi əməliyyatlara başlamaq istəməsinə dair yanlış xəbərlər yayılıb.

Konqres təmsilçiləri və millət vəkilinin görüşündə Azərbaycanı gənclərinin İsveç cəmiyyətinə inteqrasiyası və ölkənin ictimai-siyasi həyatına cəlb olunması məsələləri də müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 1391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed