Şrift:
Ərdoğan: Terrorçularla danışıqlar aparılmayacaq
20.06.2012 [13:16] - Xəbərlər
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hökumətin PKK terror təşkilatı ilə heç vaxt danışıqlar aparmadığını və bunda sonra da aparmayacağının bildirib. Bu barədə çərşənbə günü Türkiyənin "Time Türk" portalı xəbər verib.
"Terror təşkilatı ilə heç vaxt danışıqlar aparılmayacaq və terrorçular silahlı mübarizəyə son qoymalıdırlar", - Ərdoğan deyib.
Qeyd edək ki, dünən Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin bir sıra əyalətlərində türk hərbçilərə qarşı üç dəfə hücum təşkil ediblər. Baş verən atışma nəticəsində 8 hərbçi şəhid olub, daha 15 hərbçi isə yaralanıb.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed