Şrift:
Azərbaycanın Rabitə Nazirliyi yüksək texnoloji məhsullar üçün gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayır
20.06.2012 [13:33] - Gündəm
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yüksək texnoloji məhsullar üçün ölkəyə idxal edilən komplekt hissələr üzrə gömrük rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayır. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən iclasda bildirib.
Nazirin sözlərinə görə, ölkəyə idxal edilən kompüterlərə görə rüsum 3 faiz təşkil edir, halbuki onların istehsalı üçün komponentlərin idxalına görə rüsum isə qiymətdən asılı olaraq 10-15 faiz təşkil edir.
Abbasov qeyd edib ki, Azərbaycanda İKT sektorunun dinamik inkişafına rəğmən, məhsulların ixracı idxaldan xeyli geri qalır.
"Müxtəlif dövlət qurumlarının fəaliyyətinin avtomatlaşdırılması prosesinin dinamik artımı ilə əlaqədar ölkəyə yüksək texnoloji məhsulların idxalının yüksək səviyyəsi müşahidə edilir", - Abbasov deyib.
Bundan başqa, Azərbaycanda İKT sektorunun inkişafı, onun rəqabət qabiliyyətinin artırılması üçün bu sahədə vergi qanunvericiliyinin optimallaşdırılması və güzəştli kredit resurslarının mövcudluğu lazımdır.
"Azərbaycanda İKT-yə dəstək fondunun yaradılması ilə bağlı layihə həyata keçirilir. Fond şirkətlərə kredit və qrantların verilməsi imkanını təmin edəcək. Fondun yaradılması yerli şirkətlərə monetar və fiskal güzəştlər əldə etməyə şərait yaradacaq", - Abbasov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed