26.01.2018 [11:05] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 26-da Türkiyə Respublikasına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
QMİ sədri Şeyxülislam A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.
Türkiyə hökumətinin himayəsi altında keçiriləcək konfransda Türkiyə, İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |