26.01.2018 [11:06] - İslam dini
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) yanvarın 13-17-də Tehranda keçirilmiş illik tədbirlərində və XIII sessiyasında üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını bir daha qətiyyətlə pislədilər.
Tədbirlərdə Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil ediblər.
Gövhər Baxşəliyeva tədbirlərdə müzakirə olunan məsələlər, qəbul edilən sənədlər barədə ətraflı məlumat verib. O deyib ki, səfər çərçivəsində təşkilatın dörd daimi ixtisaslaşmış komitəsinin - siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit komitələrinin, insan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin, mədəni və hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrin iclasları keçirilib. İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitəyə Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva sədrlik edib.
Təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyəti 2018-ci il üçün İƏT Pİ ümumi komitəsinin, icraiyyə komitəsinin və insan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin üzvü seçilib.
Yanvarın 14-də nümayəndə heyətimiz siyasi məsələlər və xarici əlaqələr üzrə daimi ixtisaslaşmış komitənin iclasında iştirak edib. Azərbaycan tərəfindən komitəyə təqdim edilmiş iki qətnamə layihəsi – “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair” və “1992-ci il Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair” layihələri müzakirəyə qoyulub və yekdilliklə sessiyaya çıxarılması tövsiyə edilib.
İƏT Pİ Konfransının XIII sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin İslam dünyasında oynadığı roldan və İslam həmrəyliyinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışıb. Təşkilatın baş katibi Mahmud Erol Kılıc qurumun illik hesabatını təqdim edərək ötən müddətdə görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İslam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirib, regional münaqişələrə toxunub. Həsən Ruhani qeyd edib ki, İslam qardaşlıq, dostluq və əxlaq dinidir. İslam dünyasının təhlükəsizliyi üçün həmrəyliyin vacib olduğunu bildirən İran Prezidenti gündəlikdəki məsələlərin müzakirəsində sessiya iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra nümayəndə heyətləri rəhbərlərinin çıxışları olub. Deputat Gövhər Baxşəliyeva çıxışında bildirib ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərar bütün müsəlman aləmində böyük narahatlıq doğurur. Bu, İsrail-Fələstin münaqişəsinin ədalətli həllinə mənfi təsir edə, regionda təhlükəli fəsadlara gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. İsrail-Fələstin münaqişəsi sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında həll edilməlidir.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdi. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman bayramı İslamın sülh və mərhəmət dini olmasını bir daha bütün dünyaya nümayiş etdirdi. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan ötən ilin sonlarında Bakıda “İslam Həmrəyliyi İli” ilə bağlı keçirilmiş beynəlxalq konfrans oldu.
Nümayəndə heyətinin rəhbəri İƏT Pİ-nin üzv dövlətlərinə və dünya müsəlmanlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O deyib ki, 25 ildən artıqdır Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz ərazisini işğal altında saxlayır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər etnik təmizləməyə məruz qalıb və talan edilib. Ermənistan işğal olunmuş torpaqlarımızda bütün mədəni, dini və arxeoloji abidələri məhv edib. Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar bu kimi oxşar qərar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan onları yerinə yetirmir. Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Sonra daimi ixtisaslaşmış komitələrin məruzəçiləri çıxış ediblər. İnsan hüquqları, qadın və ailə məsələləri üzrə komitənin məruzəçisi kimi deputat Gövhər Baxşəliyeva çıxış edib.
Siyasi məsələlər və xarici əlaqələr komitəsinin məruzəçisinin çıxışından sonra bu komitə tərəfindən təqdim edilən qətnamə layihələri də müzakirə olunaraq qəbul edilib. Bu zaman komitəyə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş iki qətnamə layihəsi də səsə qoyularaq qəbul olunub.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair qətnamədə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal olunmasından narahatlıq ifadə edilir. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün durumundan və bu humanitar problemlərin miqyası və ciddilik dərəcəsindən, Azərbaycanın işğal olunmuş ərazilərində dağıntıların törədilməsindən, ictimai və şəxsi mülklərin talan edilməsindən, habelə həmin ərazilərdə təbii resursların qeyri-qanuni istismarından dərin narahatlıq bildirilir.
Qətnamədə işğal olunmuş ərazilərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş əməllər insanlıq əleyhinə cinayət kimi dəyərləndirilir və bu cinayəti törədənlərin cəzalandırılması tələb olunur. İşğal olunmuş torpaqlarda Azərbaycanın arxeoloji, mədəni və dini abidələrinin talan edilməsi və dağıdılması qəti şəkildə pislənilir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsi və Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması və Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi tələb olunur. Bütün dövlətlər Ermənistanı hər hansı silah və hərbi sursatla təmin etməkdən çəkinməyə çağırılır. Bildirilir ki, üzv dövlətlərin ərazisi bu cür təchizatın tranziti üçün istifadə edilməməlidir. Bundan başqa, Ermənistan ərazisində iqtisadi fəaliyyətdən, bu ölkəyə iqtisadi, sənaye, maliyyə və digər sahələrdə investisiya qoyuluşundan çəkinməyə və Ermənistan ilə ümumi əməkdaşlığı məhdudlaşdırmağa çağırış öz əksini tapıb.
1992-ci il Xocalı soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair qətnamədə İƏT Pİ-yə üzv dövlətlərin parlamentləri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin, habelə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin davamlı dəstəkləndiyi bir daha vurğulanır.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davamlı təcavüzündən, ərazilərin qeyri-qanuni işğalı, beynəlxalq hüququn norma və prinsiplərinin, habelə BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin kobud şəkildə pozulmasından ciddi narahatlıq bildirilir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və təhrikedici siyasətindən, xüsusilə də həmin ərazilərin fiziki, demoqrafik, iqtisadi və mədəni xarakterinin dəyişdirilməsi məqsədilə həyata keçirilən fəaliyyətdən ciddi narahatlıq ifadə olunur.
Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının ciddi pozuntusuna görə məsuliyyət daşıyanların cinayət fəaliyyətinə görə ədalət məhkəməsi qarısında hesab vermələrinin vacibliyi vurğulanır.
Qətnamədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin fevral ayında Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş kütləvi vəhşilik insanlığa qarşı cinayət və soyqırımı kimi şiddətlə qınanılır. İƏT Pİ üzv parlamentləri Xocalı şəhərində və Azərbaycanın işğal edilmiş digər ərazilərində törədilmiş cinayətin müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması üçün bütün səylərini əsirgəməməyə çağırır. “İƏT Anım günü proqramı” çərçivəsində təşviq edilən və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin fevral ayında törədilmiş soyqırımı tarixi həqiqətlərinin üzə çıxarılması məqsədi daşıyan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası alqışlanır. İƏT-ə üzv olan parlamentlər bu kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində iştirak etməyə çağırılır.
Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya və ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, eləcə də bu sahədə digər çoxsaylı tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir. Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs İslam abidələrinin mühafizəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənilir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır. Sözügedən sənəddə də bütün üzv dövlətlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.
Sonra İƏT Pİ-yə yeni baş katib seçilib. Mahmud Erol Kılıcın səlahiyyət müddəti bitdiyindən yeni baş katib seçilməli idi. Müzakirələrdən sonra Seneqalın təmsilçisi Məhəmməd Qureyşi Niyaz təşkilatın baş katibi seçilib.
Daha sonra yekun məruzə və Bəyannamə qəbul edilib. Bu sənədlərdə də Azərbaycanla bağlı bəndlər əksini tapıb. Belə ki, sənədlərdə İƏT Pİ-dəki nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılması, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsinin zəruriliyi ilə bağlı çağırışlar əksini tapıb. İşğal olunmuş Azərbaycan ərazilərində məscid və müqəddəs İslam abidələrinə qarşı qəddar təcavüz, arxeoloji, mədəni və dini irsin talanı və dağıdılması qəti şəkildə pislənilib. Azərbaycan şəhəri Xocalıda 1992-ci ildə törədilmiş genosid aktı, fevralın 25-dən 26-na keçən gecə bir neçə saat ərzində 106-sı qadın və 83-ü uşaq olmaqla 613 dinc sakinin qətlə yetirilməsi pislənilib. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi naminə göstərdiyi cəhdlər dəstəklənib və onlarla tam şəkildə həmrəylik ifadə olunub. Bütün dövlətlər azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün onlara humanitar yardım göstərməyə çağırılıb.
Sessiya işini Tehran Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşdırıb.
İƏT Pİ-nin tədbirləri çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın və digər ölkələrin KİV-lərinə müsahibələr verib, bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirib. AMEA Şərqşünaslıq İnstitutunda ərəb dilinə tərcümə olunmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı broşür sessiya iştirakçılarına paylanılıb.

Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |