Şrift:
XALQ HƏRƏKATI VƏ MİLLİ İDEYA
20.06.2012 [13:46] - Gündəm, DAVAMın yazıları
Şakir Ulubey

Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki,yalnız XALQ HƏRƏKATINA FƏRDİ VƏ YA QRUP ŞƏKLİNDƏ üzv olmaqla öz ideyasını gerçəkləşdirə bilər.Yalnız XALQ HƏRƏKATI Azərbaycan birliyinə nail olab onu ümumi türk dünyasına qovuşdura bilər. Yalnız Xalq Hərəkatının rəhbərliyi altında,Milli Birliyə nail olmaq olacaq, işğal edilmiş torpaqlar geri qaytarılacaq,sərvətlərimiz ümumimili mülkiyyət hesab ediləcək.
Bütöv Azərbaycan da bu hərəkatın vasitəsi ilə bərqərar olacaq.
Bütün Türk dünyasında fəaliyyət göstərən milli təşkilatların birliyindən yaranacaq milli hərəkatımız zəfər günəşi kimi kəhkəşanda parlayan bir ulduz olacaq.
Bu gün isə,bəziləri, müxtəlif siyasətçilərin hakimiyyətə gəlmək kimi cəfəng fikirlərinə aludə olub, onların ideyasız təşkilatlarını reanimasiya etməklə öz işıqlı fikirlərini məhf etmiş olurlar. Gənclərdən ibarət çox böyük milli ordu yaranmaqdadır. Bəzi agentlər,pusquda duraraq onların milli duyğularından isitifadə edib hay-küy salaraq,yaşayış tərzini yaxşılaıdırmaq,milli ruhlu iş adamlarının çaşdırıb müəyyən maliyyə problemlərini həll etmək istəyirlər. Bunalr düşmən dövlətlərin xüsusi xidmət oqrqanlarında işləyə bilərlər.
Milli qüvvələr bilməlidir ki,o yerdə möhtəşəm ideya yoxdursa, o təşkilat, yüz dəfə mən xalqımızı xilas edəcəm desə də deməli o kimlərisə aldadır. Əgər o milli ideyanın yaradıcısı,təkan vericisi yoxdursa, kimlərinsə kitablarından bir neçə cümlə facebook səhifəsinə yazıb, hansısa böyük şəxsiyyətlərin şəkilləri arxasında və adından istifadə etməklə özünü xilaskar kimi qələmə verirsə ona inanmayın.
Milli ideyanın sahibi olmaq üçün Tanrının o insana bu bilgiləri verməsi şərtdir və həmin insan meydanda olmalı və yüz minlərlə milli ruhlu qüvvəni arxasınca aparmağa qadir olmalıdır.
Bizim irəli sürdüyümüz milli ideya dövlətin idarə olunmasının ən modern,demokratik üstünlüklərini ortaya qoymaqla ,ziyalı dünyagörüşünün mahiyyətinə istinad edir.Aristokratik düşüncə,millət həyatını, ən müqəddəs duyğuları ilə əhatə edərək onun gələcək inkişafını təmin edir.
Bu gün hökm sürən bu mənəviyyatsız,əxalqsız mühütü yaradanlar ziyalılıqdan uzaq,feodal təfəkkürlü,maddiyatin hakmiyyətinə rəvac verən geri zəka sahiblərinin vaistəsi ilə yaradılmışdır.
Hakimiyyəti idarə edənlər əsasən kommunist ideyasının tərənnümçülərinin , müstəqillik dövründə rənglərini dəyişərək antikommunist olmuş tör-töküntüləridir.
Bu davam etdikcən, dövlət və hakimiyyət strukturu vətəndaşa ,xalqa əziyyət verəcək,hamının hüququ tapdanacaq,sonunda isə partlayışla nəticələnəcək.
Hər bir XALQ HƏRƏKATI TƏRƏFDARI bu vətənin və torpağın,sərvətin onun olduğunu və bütün bunları müdafiə etmək üçün səfərbərliyə nail olmağı bacarmalıdır.
Bu yalnız XLAQ HƏRƏKATIN üç rəngli bayrağı altında,onun ideyalıarı ilə sialhlanaraq həyata keçirilə bilər. Bizm milli hərəkatın ideyalarını bəziləri, Azərbaycan da yaşayan yerli xalqların və millətlərin nümayəndələrinə təhrif olunmuş bir şəkildə izah etmələrinin əsassiz olduğunu dəfələrlə qeyd etmişik.Hədəflərimiz məhəlli səviyyədən daha yüksəklərdə qərar tutduğu üçün bizim milli ideyamızın onların da bizim lə birgə firavan həyata nail olmasına kömək edəcəkdir.Milli düşncənin hər bir nailiyyətindən, Azərbaycan xalqının hər bir üzvünün istifadə edə biləcəyinə zəmanət verilir.
Biz bütün,tam olaraq bu mübarizəyə başalyırıq, Daxili çəkişmə, qarışıqlıq, nifrət duyğuları bizi bu müqəddəs mübarizədən geri sala bilər və Azərbaycan dövlətçiliyinin təməl prinsipi olan xalq anlayıçına ziyan verə bilər Biz Azərbaycan xalqıyıq,böyük Türk dünyasına biz Azərbaycan xalqı kimi bu mədəniyyətlə daxil olmalıyıq.
XLAQ HƏRƏKATININ birinci ən əsas vəzifəsi, hakmiyyətin milli düşncə sahiblərinə ötürülməsinin ən optimal yolunu müəyyətnləşdirməkdir. Bəziləri müxtəlif sənədlər hazırlayıb təqdim edirlər və sanki bu sənədlərdə qeyd etmək istəyirlər ki,biz vaxti ilə hakimiyyəti sizə verdik,indi sizdə hakmiyyəti bizə ötürməlisiniz.
Xeyr əfəndilər.Azərbaycan xalqının, bu gün hakimiyyəti idarə etmək üçün yüksək qabiliyyət sahibi olan gənc və orta yaşlı çox böyük potensialəı var.
Hakimiyyətdə olan komunistlərin rəqibi olan bu anti komunistlər,bu gün Azərbaycanı düşünmürlər, kimin prezident olacağını birinci sıraya qoyublar. Hakimiyyətin seçim qanunlarının dəyişdirilməsi,demokratik mühütin yaradılması bir kənara atılıb,km prezident olacaq,mübarizəsinə start verilib.1991- ildən kim prezident olacaq mübarizəsində, Azərbaycan torpaqlarının böyük bir hissəsini,gənc mübarizlərin 30 minini şəhid verdik.Sərvətimizin isə 300 milyard dolları havaya sovruldu.
Milli düşüncə sahibi olan siyasi qüvvələr,ictimai siyasi xadimlər,ziyalılar və vətənpərvər qüvvələr bu mübarizənin sona çatdığını bəyan edirlər.
Heç kim prezident olmaycaq,o vaxta qədər ki, azad ceçki,demokratik mühüt yaradılmayacaq.Bu oyunu quran xarici dövlətlər də anlamalıdrılar ki, müxtəlif təxribatlar törətməklə öz məqəsdlərinə çata bilməyəcəklər.
Azərbaycanda XALQ HƏRƏKATI yaranır və on minlərlə milli düşncə sahibi olan gənclər bu hərəkata üzv olacaqlar.,
Artıq, gənclərin düşüncəsində, vətən,dövlət,xalq anlayışı özünün yeni mahiyyətini qazanıb. Bu mübarizənin təməl prinsipləridir.
XALQ HƏRƏKATI, tamamilə məhf edilmiş zəhmətkeş təbəqəni, millətimizin işiqlı gələcəyinin təmin edilməsində ən fəal güc olduğunu bir daha nümyiş etdirməlidir.Xalqın ən mübariz hissəsi zəhmətkeş təbəqədir və bu gün onlar çox acınacaqlı bir vəziyyət salınıblar.İstər kənd,istər şəhər zəhmətkeşləri ,xaricdən gətirilən ucuz işçi qüvvəsinin qarşısında ləyaqətsiz vəziyətə salınmışdır.
Bir çox “ziyalılar” isə hakmiyyətin onlara verdiyi sədəqənin qarşılığında yalana,mənəviyatsızlığa tərif deməyə məcbur edilmişlər. Müğənnilər,aktyorlar,müəllimlər,həkilmlər,bu qeyri insani siyasətin qurbanlarına çevrilmiş tamamilə öz qürürlarından məhrum edilmişlər. Cəmiyyət bir qrup talançının əlində, intihar həddinə gəirilib çatdırılmışdır.Bunun hər gün hərbi hissələrdə olan əsgər ölümləri və yeniyetmələrin intiharı, oğulun anaısının başını kəsməyi,qardaşın qardaşı diri-diri yandırmağı,atanın qızının bıçaqlamağı kimi hadisələrdə öz təzahürünü tapmaqdadır.
XLAQ HƏRƏKATI ümuminin mənafeyinə xidmət edən əxlaqlı bir cəmiyyətin bərqərar olması və sərvətin qanuni yolla,insan qabiliyyətinin azad rəqabəti heabına bölünməsinin təmin edəcəkdir.
Biz azğın bir düşmənlə üz-üzəyik.Bu azğın düşmən mövcud hakimiyyət deyil.O bizim içimizdədir,o bizim biganəliyimiz,o bizim dövlətə və millətə olan səhv münasibətimiz,o bizm içimizdə ki qorxu hissi,o bizim düşüncələrimizdəki yenilənmə qorxusudur.
Hər birimiz yaddaşımızda bizi bu günə qədər məhf edən düşüncə tərzini dəyişdirməkdən qorxuruq.
Kim yenilk,yeni düşüncə tərzinə,yeni həyata başlamaq istəyirsə, XLAQ HƏRƏKATININ sıralarına qoşulsun.
Bu xəbər oxucular tərəfindən 1908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed