27.01.2018 [10:54] - Gündəm, Hadisə
Şıx çimərliyində 20 ədəd MRV-U partladıcısı tapılıb.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.
Məlumatda bildirilir ki, yanvarın 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Səbail rayonu ərazisində Şıx çimərliyində mərminin tapılması barədə məlumat daxil olub.
"Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd MRV-U partladıcısı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partladıcıların ətrafında 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib".

Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |