20.06.2012 [15:42] - Güney Azərbaycan xəbərləri
Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Salar Turinin iş yerinə hücum edib və axtarış aparıblar.İki gün öncə bir qrup polis və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəalın Səhənd şəhərində yerləşən iş yerinə hücum edib və orda axtarış aparıblar. Məmurlar kompüter, kitablar, mobil telefonu, flaşkart və bir neçə şəxsi əşyanı özləri ilə götürüb, Salar Turini isə yaxalayıblar. Lakin Turi bir neçə saat sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Dünya Ana Dili Günü 2012-ci il fevralın 21-də (1390-cı il isfəndin 2-də) təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb, 80 gün saxlanıldıqdan sonra, 1 ay öncə ittihamlardan bəraət qazanaraq azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |