29.01.2018 [10:26] - Gündəm, Hüquq
Dövlət İmtahan Mərkəzinin (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticəsi açıqlanıb. DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.
İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin internet saytında elan edilib.
İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. Onlardan 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İntahanda ən yüksək nəticə 90 bal olub.
Qeyd edək ki, namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan veriblər. Saat 14:00-dək davam edən imtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb edilib. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlər üçün zəruri şərait yaradılıb. İmtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin edilib. Binaların girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün “barkod-skaner”lər quraşdırılıb. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilib.

Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |