Şrift:
"Nyu-York Times" Qarabağ münaqişəsindən yazıb.
20.06.2012 [15:51] - Diaspor
"Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmalar intensiv xarakter almışdır. Hər gün atəşkəs rejimi pozulur, hərbi əməliyyatların və qanlı qırğının bərpa olunması təhlükəsi var". Bu barədə Amerikanın nüfuzlu "Nyu-York Tayms" nəşrində dərc olunmuş məqalədə deyilir.

Qəzet ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladmir Putin və Fransua Ollandın "iyirmiliyin" sammitindəki son birgə bəyanatını xüsusilə qeyd edir.

Nəşrdə deyilir: "Rusiya, ABŞ və Fransa prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sürətindən narazıdırlar. Baxmayaraq ki, bu arada "iyirmiliyin" sammitinin keçirildiyi Meksikada Qarabağ mövzusu ətrafında kifayət qədər qızğın mübahisə olmuşdur. Meksikada bəyanat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra verilmişdir. Xarici siyasət idarələri başçılarının görüşü, deyəsən, bir qədər irəliləyişə səbəb olub".

"Nyu-York Tayms" qəzeti axırda yazır: "Danışıqların yekunlarına dair yayılmış bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri İqor Popov, Robert Bradtke və Jak For nazirlərlə münaqişənin nizama salınması yollarını, humanitar əlaqələrin inkişafını, habelə atəşkəs rejiminin pozulması hallarının təhqiqi mexanizmini və mədəniyyət abidələrinin qorunub saxlanması məsələlərini müzakirə etmişlər. Görüş müsbət atmosferdə keçmişdir, tərəflər sülhə nail olmaq məqsədilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirmişlər. ATƏT-in Minsk qrupunun həmsədrləri qarşıdakı həftələrdə regiona getmək barədə razılığa gəlmişlər".
Bu xəbər oxucular tərəfindən 1548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed