Şrift:
Allahşükür Paşazadə: "Qarabağ münaqişəsinin həlli üçün bütün müsəlmanları birliyə çağırırıq"
29.01.2018 [16:16] - Gündəm, İslam dini
"Azərbaycan İslam dünyasının bir parçasıdır və müsəlman ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizim üçün də narahatlıq doğuran amillərdəndir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfransda bildirib.
Onun sölərinə görə, Azərbaycan dövləti və xalqı da bu xoşagəlməz halların aradan qaldırılmasında, müsəlman ölkələrinin sülh və sabitlik şəraitində yaşamasında maraqlıdır: "Azərbaycan Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət arasında həllinin tərəfdarıdır. Ölkəmiz İslam həmrəyliyinə böyük töfhələr verir. Ötən ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması buna əyani sübutdur. Biz müsəlman coğrafiyasında sevgi və barışın tərəfdarıyıq. Ölkəmizin Fələstin Dövlətinə hümanitar yardımı və mənəvi dəstəyi bundan sonra da davam edəcək”.
A.Paşazadə həmçinin Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın “Qüds bizim üçün "qırmızı xət"dir və o, hər zaman müsəlmanların olacaq” sitatını xatırladıb və qardaş ölkənin müsəlman coğrafiyasında baş verənlərə həssaslıqla yanaşmasının təqdirəlayiq olduğunu söuləyib: “Müsəlmanların haqlı müdafiəsinə qalxan Türkiyə hökümətinə minnətdarıq. Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgah olan Qüdsün problemi hər bir müsəlmanın və bütün müsəlman coğrafiyasının problemidir. Barışın qapısı, barışın açarı Qüdsdür və bu problemi birlik, bərabərlik içində yoluna qoymalıyıq”.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Bu problem də müsəlman coğrafiyasında hələ də həllini gözləyən böyük münaqişə ocaqlarından biridir. Biz Avropa və Qərb dövlətlərinin müsəlman ölkələrində baş verənlərə münasibətdə ikili standartlara yol verdiyini görürük. Burada hansı ədalətdən söz gedə bilər?! Azərbaycan torpaqları onun xalqına məxsusdur və Dağlıq Qarabağ probleminin həlli üçün müsəlman coğrafiyasını birliyə çağırırıq”.
Vüsalə Abbasova
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed