30.01.2018 [11:05] - Gənclik
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirib.
Şəhər rəsmilərinin, ziyalıların, fəal gənclərin və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov bayram münasibəti ilə gəncləri təbrik edib. Qeyd edib ki, dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Bu uğurlar gənclərimizdə böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Yüksəl Məmmədov bildirib ki, YAP Gəncə şəhər Təşkilatının 40 min 300 üzvünün 56 faizini gənclər təşkil edir. Onlar xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər. Fərəhli haldır ki, bu Gəncə şəhər Partiya Təşkilatının ərtafında Vətənini, dövlətini sevən, müasir düşüncəli, yüksək intellektli gənclər birləşib.
Millət vəkili, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildirb ki, dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün qədim Gəncə şəhərində də gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Uşaqların və gənclərin təhsil keyfiyyətinin artırılması, daha yaxşı mühitdə təhsil almaları üçün yeni təhsil müəssisələri tikilir və mövcud müəssisələr yenidən bərpa olunur.
Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Məmmədov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət Azərbaycanı daha da qüdrətləndirmək, gücləndirmək, müasirləşdirmək məqsədinə xidmət etdiyini qeyd edib.Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur və 2 Fevral Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir.
YAP Gəncə şəhər Təşkilatı ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində gənclərin yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hər bir şərait yaradıldığını bildirib.
ADAU-nun magistrantı Ayişə Novruzova və digər gənclər cıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bütün gəncləri Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırıblar.
Sonra ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərmanla təltif ediliblər.
Tədbir Gəncə Musiqi Kolleci tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib.

Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |