30.01.2018 [11:07] - Hüquq
“Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı bir çox planlarımız var. Vəkillərin peşə hazırlıqlarının, regionlarda vəkillərin, vəkil qurumlarının sayının artırılması və maddi-texniki bazasının gücləndirilməsi, xidmətlərin elektronlaşdırılması, ödənişsiz hüquqi yardım barədə müəyyən boşluqların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”. Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə müsahibəsində bildirib.
A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Vəkillər üçün lazımi təlimlər təşkil edəcəyik. Bir sözlə, Vəkillər Kollegiyası günün tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarına, o cümlədən aztəminatlı şəxslərə keyfiyyətli hüquqi yardım göstərmək üçün bütün lazımi tədbirləri görəcək.

Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |