31.01.2018 [10:53] - Gündəm, Bildiriş
Aprelin 11-dən 15-dək Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun, Türkiyənin Azərbaycandakı səfirliyinin və bu ölkənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunacaq.
Bunu Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunan elmi şurada deyib.
Dostluq və qardaşlığın Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil etdiyini vurğulayan Y.Mahmudov deyib: “Son illərdə Tarix İnstitutu Türkiyənin elmi qurumları ilə birgə beynəlxalq elmi konfranslar keçirir. İnstitut “Ortaq türk tarixi”nin yazılmasında da iştirak edir”.
İnstitutun direktoru diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan Demokratik Respublikası kimi təbliğ olunan dövlətimizin adını özünə qaytarıb və Azərbaycan Xalq Cümhuriyyəti kimi bərpa edib. Doxsan doqquz il əvvəl mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyəti kimi qeyd olunub. Y.Mahmudov deyib: “Bakının azad olunmasında Azərbaycan xalqının böyük rolu var. Qafqaz İslam Ordusunun hərbi uğurlarında Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və Həbib bəy Səlimov fəal iştirak ediblər”.
Tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib: “Biz tarixi, soyu və mədəniyyəti bir olan xalqlarıq. Tariximizi birlikdə araşdırmalıyıq. Türkiyə xaricində ən çox şəhid məzarlarımız Azərbaycandadır. Azərbaycan-Türkiyə münasibətləri dəmir bağlardan daha güclüdür. Azərbaycanın ən böyük yarası olan Dağlıq Qarabağ Türkiyənin də problemidir”.
Elmi şuranın qərarına əsasən, azərbaycanlıların soyqırımının, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının azad edilməsinin 100 illikləri ilə bağlı beynəlxalq elmi konfranslar keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |