01.02.2018 [10:18] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyevin yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı ölkə mətbuatında və televiziyada geniş müzakirə olunur.
Bəzi ekspertlər hesab edir ki, bu çıxış təkcə 14 illik prezidentlik dönəmi ilə bağlı görülən işlərin hesabatı kimi deyil, həm də bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə start kimi də qiymətləndirilə bilər. Ölkə başçısının bu çıxışında daha çox önə çəkdiyi üç istiqamət-müstəqil siyasət, dövlət təhlükəsizliyi və sosial rifah müzakirə edilir.
Hakimiyyətə siyasi opponent olan şəxslərin prezidentin çıxışına mövqelərini aldıq.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev prezidentin çıxışını müsbət dəyərləndirdi: “Ölkə başçısının bütün çıxışlarını izləyirəm. Prezidentin bu çıxışında Azərbaycandakı siyasi mənzərə göstərildi, eyni zamanda gələcəkdə bütün sahələrdə atılacaq addımlarla bağlı mesajlar verildi. Təbii ki, bizim ən ciddi problemimiz Dağlıq Qarabağ problemidir. Ölkənin xarici siyasət kursu bu istiqamətə köklənib. Əgər bu problem olmasaydı, bu gün tamam fərqli yanaşmalar olardı. Bu çıxışda Ermənistana verilən mesaj da odur ki, artıq danışıqlar limiti bitib. Bu bir daha onu göstərir ki, Azərbaycan tərəfi fərqli addımlar atmağa hazırlaşır. Prezidentin bu məsələlərdə Ermənistandan güclü olduğumuz barədə dediklərini, düşmən ölkənin qarşımızda dayana bilmədiyi barədə söylədiklərini son çağırışlar kimi də dəyərləndirmək mümkündür. Bu həm də dünyaya səslənməkdir. Düşünürəm ki, lazım olan bütün siyasi nəticələr əldə olunub. BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar bəyanatlar qəbul edərək, Azərbaycanın haqlı olduğunu bildiriblər. Məncə, hərbi əməliyyatlara başlamaq zamanıdır. Ölkə başçısının çıxışının alt qatında bu da var idi. Prezidentin son çıxışı bütün sahələrdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində əməliyyatlara başlama baxımından səfərbərlik üçün çox önəmli idi”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |