01.02.2018 [11:04] - Diaspor
Ukraynanın Odessa şəhərində Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən “Zeytun Budağı” antiterror əməliyyatına dəstək aksiyası keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının dəstəyi ilə Türkiyənin bu şəhərdəki baş konsulluğunun binası qarşısında keçirilən dəstək aksiyasında çıxış edən diaspor fəallarımız Anar Ağayev, Namiq Talıbov bildiriblər ki, Türkiyə heç zaman ölkəsinin ərazi bütövlüyünə zərər gəlməsinə göz yuma bilməz. Türkiyə ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır və Azərbaycan bütün məsələlərdə olduğu kimi bu haqq işində də qardaş ölkənin yanındadır.
N.Talıbov bildirib ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir. Bu gün bu terrordan bir çox Avropa ölkələri, o cümlədən Azərbaycan da əziyyət çəkir. Neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalıb. Lakin beynəlxalq aləmin ikili siyasəti bu gün dünyada terrorizmin inkişafına səbəb olub.
Dəstək aksiyasında “Terrorizmə yox!”, “Türkün türkdən başqa dostu yoxdur!”, “Bir millət, iki dövlət” kimi şüarlar səsləndirilib.
Emil Hüseynli

Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |