01.02.2018 [11:04] - Gənclik
2 fevral - Gənclər günü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvlərinin iştirakı ilə “Ağ ölüm” tamaşasını təqdim edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşadan əvvəl işçi qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev və Gənc Tamaşaçılar Teatrının gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı, Əməkdar Artist Ötkəm İsgəndərov çıxış edərək narkomaniyanın fəsadlarında söz açıblar.
Bildirilib ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslan olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilib, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya və sazişlərə qoşulub. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir.
Sonra tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Ayla Həşımovadır. Rollarda Əməkdar Artist Nübar Novruzova, aktyorlar Manaf Dadaşov, Anar Seyfullayev, Anar Səfiyev və teatrın digər aktyorları rol alıb.
Qeyd edək ki, bəşəriyyəti narahat edən narkomaniya və onun törətdiyi bəlalardan bəhs edən V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanan “Ağ ölüm” tamaşası Gənc Tamaşaçılar Teatrında 2014-cü ildə hazırlanıb və uğurla nümayiş edilməkdədir.

Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |