Şrift:
FARS xəbər agentliyi: “Urmu gölünə Araz çayından su çəkilə bilər”
21.06.2012 [16:34] - Güney Azərbaycan xəbərləri
FARS xəbər agentliyinin yaydığı məlumata əsasən Qərbi Azərbaycan valiliyinin rəsmisi türk şirkəti ilə Araz çayından Urmu gölünə su axıtmaq barədə ilkin danışıqlara başlayıb.

Xəbər agentliyi danışıqların İran prezidenti Mahmud Əhmədinejadın gölün taleyi ilə bağlı narahatlığını ifadə etməsindən sonra başladığını bildirir. Qərbi Azərbaycan valiliyinin rəsmisi Seyid Cavad Mahmudi söyləyib ki, prezident Əhmədinejadın göstərişinə əsasən valilik bu məsələni müntəzəm olaraq diqqətdə saxlayır.

Onun sözlərinə görə danışıqlara tərəf olan Rak Oil şirkəti Urmu gölünün bərpasına sərmayə qoymağa hazırlığını ifadə edib. İran hökuməti layihə üçün 800 milyon dollar ayırmağa hazır olduğunu bildirib.

Bu arada Şərqi Azərbaycan vilayətində İnqilab Keşikçilərinə (Sepah) yaxınlığı ilə tanınan Aşura Biriqardi (ləşkər) qurumu Araz çayından Urmu gölünə su çəkməyə hazır olduğunu bəyan edib. Mümkündür ki, İnqilab Keşikçiləri türk şirkətinə şərik olmaqla yeni texnologiya əldə etməyə can atır.

Urmu Gölü 15 ildir ki, quruma prosesi iə üzləşir. Gölün qurumaq perspektivi (çeşməndaz) Güney Azərbaycan sakinləri tərəfindən həyəcanla izlənilir və Azərbaycan türkləri ilə Tehran arasında başlıca ixtilaf nöqtələrindən biri hesab olunur.
Bu xəbər oxucular tərəfindən 1242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed