Şrift:
“Qarabağda real döyüş tətbiq oluna bilər”
21.06.2012 [22:22] - Hadisə
Avropa Birliyinin informasiya saytında Avropa parlamentinin britaniyalı deputatı Çarlz Tenokun Cənubi Qafqaza həsr olunan məqaləsini dərc edilib.

“Avropanın Qafqazda hökm sürən gərginliyə təhlükəli tolerantlıq” adı altında dərc olunan məqalədə Tenok son vaxtlar cəbhədə baş verən insidentlərə və mütəxəssislərin bu məsələyə yanaşmasına toxunub: “Son iki ayda Ermənistan və Azərbaycan arasında onlarla ağır insidentlər baş verdi… Bu dəfə 10-dan çox hərbi qulluqçu öldürüldü, “dondurulmuş münaqişələr”in təhlükəsiz olaraq ləğv edilməsi mümkün işlər olduğunu əminliklə vurğulayan xarici siyasətlə məşğul olan mütəxəssislər isə bilməlidirlər ki, bu insidentlərin yarısı Dağlıq Qarabağ ərazisində deyil, beynəlxalq səviyyədə təsdiq edilmiş dövlətlərin sərhədində baş verib. Bu ölkələrin hər biri Avropa qonşuluq siyasətinin və AB Şərq Tərəfdaşlığının bir hissəsidir. Bu son gərginliklərdən 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi ərəfəsində baş verən gərginliyin qoxusu gəlir”.
Britaniyalı deputat daha sonra qeyd edir ki, çoxillik və çoxsaylı insidentlərdən sonra beynəlxalq ictimaiyyət müəyyən qeyri-sabitliyə alışmağa başlayır.
Məqalənin müəllifi daha sonra müəyyən proqnozlar verir: “Avropanın hər iki tərəfə ünvanlanan çağırışlarına baxmayaraq, gözlənilmədən real döyüş vəziyyəti tətbiq oluna bilər. Daha sonra deputat bildirir ki, müharibə ancaq Azərbaycana lazımdır: “Ancaq Azərbaycan bilavasitə müharibəyə gətirən qoşunların təhlükəli səfərbərliyində maraqlıdır. Yalnız Azərbaycan prezidenti İlham Əliyev və onun hakimiyyəti qonşusunu açıq və müntəzəm olaraq müharibə ilə hədələyir. Bununla yanaşı, Ermənistan müharibədə maraqlı deyil və ola da bilməz”.
Tenok daha sonra qeyd edir ki, müharibə Azərbaycana o baxımdan sərfəli olmayacaq ki, ölkənin neft ehtiyatları və neft istehsal edən avadanlıqları təhlükə altında olacaq: “Ermənistan raketləri asanlıqla Bakı ətrafındakı, Xəzər dənizi sahillərində yerləşən neft emal edən zavodlara qədər gələ bilər”.
Müəllifin fikrincə, yeni müharibənin yaranması ilə dəqiq proqnoz vermək mümkün deyil. Bununla yanaşı Tenok, Azərbaycana qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən də narazı olduğunu deyib: “Baxmayaraq ki, “Evrovision” müsabiqəsindən sonra Avropanın böyük bir hissəsi rəsmi Bakının antidemokratik xarakterindən xəbərdar olub, lakin heç bir sanksiya tətbiq olunmur, heç müzakirə də olunmur”.
Müəllif çağırış edərək bildirib ki, Bakı ilə növbəti neft razılığını imzalamamışdan əvvəl AB bütün bunları nəzərə alsın.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed