19.10.2011 [12:42] - Xəbərlər
Türk əsgərləri İraqın şimalına daxil olub
Türkiyə prezidenti Abdulla Gül son terror hücumları ilə əlaqədar açıqlama ilə çıxış edib. A. Gül canlı yayında televiziyalara verdiyi açıqlamada dövlətin mövqeyini sərt ifadələrlə dilə gətirib.
A. Gül Türkiyənin terrorla əzmli və qərarlı şəkildə sona qədər mübarizə aparacağını bəyan edib: “Bunu bütün dünya bilməlidir. Dövlətimizi bu hücumlarla geri çəkilməyə vadar edəcəyini düşünənlər görəcəklər ki, bu hücumların intiqamı çox ağır olacaq. Artıqlaması ilə cavablarını alacaqlar. Bu problemi bitirmək üçün əlimizdən gələni edəcəyik. Terrorçulara yardım edənlər də bu əməllərinin nəticələrinə qatlaşacaqlar”.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfərini təxirə salmasından sonra xarici işlər naziri Əhməd Davudoğlu da Serbiyaya nəzərdə tutulan səfərini təxirə salıb. Makedoniyada səfərdə olan baş nazirin müavini, hökumət sözçüsü Bülənt Arınç isə səfərini yarımçıq qoyaraq Türkiyəyə dönüb. R. T. Ərdoğanın sədrliyi ilə Ankarada müdafiə naziri, daxili işlər naziri, ədliyyə naziri, Baş Qərargah rəisinin 1-ci müavini, Jandarma Qüvvələri komandanı, kəşfiyyat qurumunun (Milli İstihbarat Təşkilatı) rəhbəri və digər rəsmi şəxslərin iştirakı ilə fövqəladə toplantı başlayıb.
Türkiyə Silahlı Qüvvələri isə PKK terror təşkilatına qarşı bir neçə istiqamətdə əməliyyatlara başlayıb. “Reuters” agentliyi qaçan PKK terrorçularını təqib edən türk əsgərlərinin İraqın şimalına daxil olduğunu xəbər verib.
Xatırladaq ki, oktyabrın 18-də axşam Türkiyənin cənub-şərqindəki Bitlis rayonu ərazisində PKK terrorçuları 5 polis əməkdaşını və 1-i uşaq olan 3 mülki şəxsi qətlə yetiriblər. Oktyabrın 19-na keçən gecə isə İraqın şimalından sərhəddəki Hakkari rayonu ərazisinə daxil olan terrorçuların hücumu nəticəsində 24 əsgər şəhid olub, 18-i yaralanıb.

Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |