02.02.2018 [10:45] - DAVAMın yazıları
Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...
Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Səbuhi Musayevin həyat yoldaşı Turanə Musayevadır.
Qısa arayış: Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri ilə şiddətli döyüşdə qəhrəmancasına şəhid olub. müddətdən artıq hərbi xidmət keçən Səbuhi Musayev aprel ayında Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə,
Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Mustafaağalı kəndində son mənzilə yola salınıb. Səbuhi Musayev ölümündən sonra Prezident İlham Əliyevinsərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb.
Evlilikdən hərbiyə gedən yol
Turanə xanım deyir ki, onlar nişanlı olanda Səbuhi hələ hərbçi deyildi:
“Eyni kənddə doğulub böyümüşük. Eyni məktəbdə təhsil almışıq. Elə orta məktəb vaxtından Səbuhi məni bəyənib. İlk vaxtlarda xəbərim olmayıb. Lakin sonradan bildim ki, belə məsələ var. Kənd yeri olduğundan ali təhsil ala bilmədim. Düzü, heç özümün də marağım yox idi. Elə orta məktəbi bitirən kimi nişanlandıq. Səbuhi məndən bir neçə sinif yuxarıda oxuyurdu. 1 il nişanlı qaldıq. Biz nişanlı olanda Səbuhi hərbi məktəbə sənəd versə də, qəbul olunmadəı. Bilirdim ki, mütləq hərb sahəsinə xidmət etməyə gedəcək. Onun hərbçi olmasına ilk gündən etiraz etmədim. Çünki müharibə kabusunun nə demək olduğunu bilmirdim.
Birinci Qarabağ savaşını görmədiyimə görə hərb sahəsinin çətinliyini də gözə almırdım. Axı neçə illərdir ki, ölkəmiz atəşkəs rejimində yaşayır. Mən qanlı müharibələrin içində böyüməmişəm. Səbuhini hərbi geyimdə sevinclə qəbul edirdim. Amma “Aprel hadisələri” baş verəndə əsl müharibənin nə olduğunu bildim”.
“Danışdıqca titrəyirəm”
Şəhidin həyat yoldaşı o günlərdən çətinliklə danışır. Turanə xanım içdən yana-yana ağladıqca, onu dinləmək də asan olmur:
“6 il ailəli olduq. Nə yaşadıq ki, bir yerdə! İnsan itkisi hər mənada ağırdır. Amma itirdiyin insan həyat yoldaşındırsa, deməli, bir ömürlük qəlbində böyük yara ilə yaşayacaqsan. O günləri yadımdan çıxara bilmərəm. Beynimizə həmin anlar elə həkk olub ki, ətrafda baş verənlər bizə adi gəlir. Mən insan itkisini fərqli yaşadım. “Aprel hadisələri” zamanı hər dəqiqə cəbhədən ölüm xəbərləri gəlirdi. Həyəcansız yaşamaq qeyri-mümkün idi. Təsəvvür edirsiz, danışdıqca titrəyirəm. Elə bilirəm ki, hadisə indi baş verib. İndicə Səbuhinin şəhid xəbərini almışam. O vaxtlar evdə oturmaq mümkün deyildi. Divarlar, əşyalar adamı sıxırdı. Televizordan, internetdən xəbərlər eşitdikcə, oxuduqca heç nə olmamış kimi sakit oturmaq olmurdu. Səbuhi ilə mütəmadi olaraq əlaqə saxlayırdım. “Hər şey yaxşıdır. Qayıdacam. Narahat olma” deyirdi. Səsini eşidəndə müvəqqəti təskinlik tapırdım”.
“Onun geri dönəcəyinə inamım böyük idi”
Turanə xanımın sözlərinə görə, Səbuhi apreln 6-da şəhid olub:
“2016-cı ilin Novruz bayramını gülə-gülə qeyd etdik. O, Goranboydakı hərbi hissələrdən birində xidmət etdiyi üçün ailə olaraq hərbi şəhərcikdə qalırdıq. Elə oldu ki, bayramı evdə keçirib hərbçi yoldaşıgilə getdik. Bir yerdə maraqlı bayram keçirtdik. Heç demə, biz sonuncu dəfə belə ürəkdən güləcəkmişik. Sonuncu dəfə ailə olaraq bir masa ətrafında əyləşəcəkmişik. Səbuhi evdə ordu barədə heç nə danışmırdı. Amma martın sonları nəsə bir gərginlik olacağını dedi. Bu məsələnin üzərində çox da dayanmadı. Amma martın 31-də sonuncu dəfə evə gəlib hazırlaşıb getdi. Gedəndə döyüşə yollanacağını gizlətmədi. Aprelin 1-dən başlayaraq vəziyyət çox pis idi. Hər dəqiqə şəhid xəbərləri gəlirdi. Səbuhi ilə telefonda danışarkən çox ümidli və sevincli idi. “Bayrağımızı Şuşaya sancacağıq. Az qalıb. Sevinin” deyirdi. Biz isə həyəcan və qorxudan birtəhər olmuşduq. Amma Səbuhi elə sevinirdi ki!..
Rəsmi şəkildə aprel döyüşlərinin 4 gün olduğunu deyirlər. Elə mən də düz aprelin 6-na qədər Səbuhi ilə əlaqə saxlaya bilmişəm. Sonuncu danışığımız aprelin 6-sı axşamüstü saat 6-da olub. Demək ki, aprelin 6-na qədər də döyüşlər gedib. Sadəcə bizlərə heç nə deməyiblər.
Həmin gecə məni sanki boğurdular. Başımı yastığa qoya bilmirdim. İçimdə narahatlıq, gərginlik vardı. Heç demə, Səbuhi şəhid olubmuş. Bu da mənə əyan imiş. Tabutunu həyətə gətirəndə icazə vermədilər açıb baxım. Hələ də elə bilirəm ki, tabutdakı Səbuhi deyildi. Sonra düşünürəm ki, sağ olsaydı bu vaxta qədər bizi tək qoymazdı. Bilirdi ki, onun yoxluğuna alışmağım çox çətindir”.
“Heç olmasa, anasız böyüməsin”
“Aprel şəhidi”nin həyat yoldaşı danışdıqca, səsi titrəyir:
“2016-cı il yadıma düşəndə havalanıram. Həmin günlərdə Səbuhisiz yaşamaq istəmədim. Amma bir övladımız var. Onu gözümün qabağına gətirdim. “Atası şəhid oldu. Heç olmasa anasız böyüməsin”dedim. Səbuhi şəhid olanda oğlumuz Fəridin 5 yaşı vardı. Uşaq atasızlığı elə o gün yaşadı. Uşağım vaxtından əvvəl böyüdü. Bu gün atasının məzarını ziyarətə gedəndə kənarda dayanır. Heç yaxın gəlmir. O gündən sonra atası barədə bir kəlmə də soruşmur. Atasının məzarı başına gedəndə uzaqdan gözlərindəki kədəri oxumaq olur. Müharibə uşaqları çox dəyişdirir. Fərid yaşıdlarından çox fərqlidir. Hiss edirəm ki, o da mənim kimi Səbuhinin qayıdacağını gözləyir”
“Aprel təqvimi məni sıxır”
Turanə xanımın içində artıq “aprel nifrəti” yaranıb:
“Artıq “son” kəlməsinə də nifrət edirəm. Sonuncu görüş... Sonuncu bayram... sonuncu baxış.... Niyə Səbuhi ilə hər şeyin sonunu yaşadıq?!... Niyə sonumuz belə gəldi?! Səbuhi şəhid olanda boğulurdum. “Şəhid xanımısan” deyib təsəlli verənlər o qədər çox oldu ki!... Hamı sağ olsun, amma öz evində. Düzdü, Səbuhi şəhid olandan sonra dövlət bizə ev verdi. İnanın, hər gün deyirəm ki, kaş o ev bizə verilməyəydi... Amma Səbuhi yanımızda olaydı. Yenə də əvvəlki kimi qapını döyəydi. Biz də sevinə-sevinə qapını açaydıq. Həyatda nə pul, nə də ev sevdiyim insanı əvəz edə bilər. Bu, mümkün deyil. İnsan nə qədər “kaş ki...”deyər.
Səbuhi şəhid olandan sonra ata-anam yanımda qalır. Amma kimsə Səbuhinin yerini verə bilməz. Heç vaxt kimsə Səbuhinin yerini tuta bilməz. Səbuhinin övladı ilə bağlı arzuları vardı. Onun yaxşı təhsil almasını istəyirdi. Hər il aprelin 23-də oğlumuzun doğum gününü sevə-sevə qeyd edirdik. İndi aprel ayı gələndə bir başqa əhvalda oluram. Səbuhi də apreldə şəhid oldu. Bir növ aprel təqvimi məni sıxır”.

Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |