03.02.2018 [10:53] - Türk dünyası-Turan
Fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyinin Bakıda yerləşən inzibati binasında olublar.
TürkPA-nın mənzil-qərargahının qarşısında parlament sədrlərini qurumun baş katibi Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Əli Yıldız qarşılayıblar.
Qonaqlar foyedə TürkPA-nın fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Sonra onlar burada yerləşən kitabxanadakı eksponatlarla tanış olub, kitabxananın işi ilə maraqlanıblar.
TürkPA-nın baş katibi Altınbek Mamayusupovla görüş zamanı spikerlər təşkilatın fəaliyyəti barədə fikirlərini bildirib, Katibliyin əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıblar.
Milli Məclisin sədri deyib ki, TürkPA türkdilli xalqları düşündürən məsələlər ətrafında fikir mübadiləsi, dialoq aparmaq baxımından mühüm platformadır.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycanın təşkilatdakı fəaliyyətini, quruma verdiyi töhfələri yüksək qiymətləndirib, TürkPA-nın fəaliyyətinin türk xalqlarının ümumi məqsədlərinə xidmət etdiyini söyləyib.
Görüşdən sonra TürkPA-nın inzibati binasının həyətində parlament sədrləri dostluq və qardaşlıq rəmzi olan həmişəyaşıl ağaclar əkiblər.
Tədbirlərdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Adil Əliyev, qazaxıstanlı deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |