Şrift:
İran prezidenti BMT baş katibi ilə görüşüb
22.06.2012 [12:06] - Güney Azərbaycan xəbərləri
BMT-nin təşəbbüsü ilə iyunun 20-dən 22-dək Rio-de-Janeyroda “Davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Braziliyada səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad BMT baş katibi Pan Gi Munla görüşüb. Bu görüşdə regional və beynəlxalq məsələlər, o cümlədən mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
M. Əhmədinejad Suriya böhranının həlli ilə bağlı BMT tərəfindən hazırlanmış planı dəstəklədiklərini deyərək, İranla “altılıq” ölkələri arasında Moskvada keçirilmiş nüvə müzakirələrinə toxunub: “İranın bütün nüvə fəaliyyətləri indiyədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qaydaları və nəzarəti çərçivəsində həyata keçirilib. Yəni bütün qaydalar Tehran tərəfindən yerinə yetirilib”.
BMT baş katibi isə öz növbəsində bildirib ki, İran hər zaman regional və beynəlxalq məsələlərdə təsirli rol oynayıb və bu gün də dünya məsələlərində əhəmiyyətli rolu var.
Bu xəbər oxucular tərəfindən 1100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed