03.02.2018 [11:19] - DAVAMın yazıları
Vətəni qibləgah edən şəhidlər
24 il düşmənlə üzbəüz yaşayan Tərtərin Həsənqaya kəndinin sakinləri 2016-cı ilin aprel günlərində çox narahat idilər. Ermənilərin mövqeyi ilə kəndin arasındakı məsafə 10 kilometr ancaq olardı. Bütün kənd əhli kimi Kamandar Həsənovun ailəsi də səksəkə içərisində yaşayırdı. 1993-cü il aprel ayının 2-dən - Kəlbəcər işğal olunan gündən belə idi güzəranları. Tez-tez atılan top, güllə səslərinə öyrəncəli olsalar da, dinclikləri yox idi.
1993-cü ildə canlarını düşməinin əlindən qurtaranda 4 uşağı var idi. Tərtərin Həsənqaya kəndində daha 3 uşağı gəlmişdi dünyaya. Uşaqların kiçiyi Turanə idi. May ayında doğulmuşdu.
Qanlı-qadalı günlərdə kəndinin yarısı qaçmış, bir hissəsi də erməniyə girov düşmüşdü. Kamandarın əmiləri Kamal və Mikayıl ailəliklə girov düşənlərin içərisində idilər. Sonra Kamal və onun arvadını dəyişdilər. Əmisi Mikayıl isə bir neçə müddətdən sonra girovluqdan qaçmaq üçün plan qurmuşdu, yanındakı həmkəndlisi qaçıb xilas ola bilməmişdi. Özü isə 4 ermənini öldürmüş, silahlarını da götürüb 5 günə dağları aşmış və Tərtərə keçmişdi...
Modern.az saytı “Aprel şəhidləri” silsiləsindən növbəti yazını təqdim edir...
Həsənovlar nəslinin ürəyində Qarabağ müharibəsindən dərin yara var idi və sağalmaq bilmirdi. Sıldırım dağları, iti axarlı çayları, əngin meşələri qoyub gəldikdən sonra Həsənqaya kəndinə sığınmışdılar. Yurdundan-yuvasından didərgin düşənlərin böyük sevgisi qoyub gəldikləri o kənddə qalmışdı...
2016-cı il aprelin 2-də Kamandar Həsənova Milli Orduda xidmət edən oğlu Ceyhun zəng edib tapşırmışdı ki, evi bir neçə günlük tərk eləsinlər, ara sakitləşəndən sonra qayıdarlar... Ocaq yerini boş qoymaq asan məsələ deyildi. Kamandarın yadına Kəlbəcərdə qoyub gəldiyi yurd yerləri düşmüşdü. Evdəki oğlunu, gəlinini, qızını göndərmişdi kənddən kənarda yaşayan qohum-əqrəbasının yanına, özü isə həyat yoldaşı Laləzar xanımla evdə qalmışdı. Hərdən Ceyhunla telefon vasitəsilə əlaqə saxlayırdı, o da atasına deyirdi ki, bir-iki günə onlara şad xəbər verəcək.
Aprelin 5-də baldızıgilə yola saldığı qızı Turanəni qayıdıb gələn görəndə Laləzar ananın ürəyi əsmişdi və qızına demişdi: “Ay bala, dərdin alım, niyə gəldin? Görmürsənmi, yer-göy od tutub yanır. Qardaşın demədimi ki, burada görünməyək”.
İndi həmin günləri belə xatırlayır dərdli ana:
- 2016-cı ilin aprel ayında cəbhədə döyüşlər başlayanda, ermənilər kəndimizə də atəş açırdılar. Oğlum Ceyhun da həmin vaxt hərbi xidmətdə idi. Onunla bərabər, bütün əsgərlərimizə görə çox narahatlıq keçirirdik. Güllə səsindən evdə otura bilmirdik. Dedim ki, “Turanə, sən qardaşıngilə get, onların evini güllə tutmur”, o da bizi tək qoyub getmək istəmədi. Aprelin 5-i bacım kəndə gəldi, qayıdanda, Turanə də ona qoşulub getdi. Təhlükə barədə o, heç düşünmürdü. Aradan qısa vaxt ötdü, bir də gördüm ki, qapımızın kəndarında maşın dayandı və Turanə maşından düşdü, birbaşa mənə sarı gəlib boynumu qucaqladı. Dedim ki, “qız, görmürsən, ermənilər kəndlərimizi atəşə tutublar, qorxmursan ki, güllə sənə dəyər?”. Qızımın cavabı ölənə qədər yadımdan çıxmaz. Üzümə baxıb dedi ki, “ana, mən səninlə ölməyə gəlmişəm”. Sonra yenə bərk-bərk boynumu qucaqladı.
Tələsik çay-çörək hazırladım. Ana-bala süfrənin kənarında boş qalan yerlərə baxıb, köks ötürdük. Qızım mənim, mən də qızımın ürəyindən keçənləri hiss edirdik. Amma dilə gətirmirdik. O, hərbi xidmətdə olan qardaşına, mən də oğluma görə narahat idik. Oğlum ən qaynar nöqtədə - Qapanlıda döyüşürdü. Turanə tez-tez qardaşına zəng edib, ondan hal-əhval tuturdu. Dedim ki, “qızım, dur, süfrəni yığışdır, onsuz da fikirdən əlimizi çörəyə uzada bilmirik”.
Mən dərdimi götürüb küçəyə çıxdım. Birdən arxamda dəhşətli partlayış səsi eşitdim. Qulaqlarım tutuldu. Ermənilər atdığı mərmi evimizin önünə düşdü. Tez geri çevrildim, gördüm ki, Turanə həyətdə yerə yıxılıb. Küçənin o biri tərəfində duran atası və mən tez onun yanına qaçdıq. Qəlpə Turanənin kürəyindən girib, ürəyinin üstündən çıxmışdı. Övladımın ürəyi çölə çıxmışdı. Dünya başıma fırlandı. Kamandar onu qanlar içərisində qucağına aldı... Səsimiz, naləmiz dünyanı başına götürdü. Bir dəqiqənin içərisində sağ balam əlimdən getdi...
Evimiz də dağılmışdı. Qızımın cansız bədənini erməni gülləsi çatmayan qonşu kəndə apardıq. Övladımı əllərimlə ağ kəfənə bükdüm. Bu, bir ana üçün ölümə bərabərdir... Mən də həmin gündən ölmüşəm... Turanənin dərdinə dözməyən atası 8 ay sonra, dekabrın 26-da ürəyində bala dağı dünyadan köçdü. Öz balasını al qan içərisində görmək öldürdü onu. Deyirdi ki, Turanəsiz yaşaya bilməyəcək. Elə yaşamadı da...
Qızımın həyatına son qoyan mərmi çox sevdiyi çiçək açmış gilas ağacının üzərinə düşmüşdü... İndi həmin ağac da quruyub... Qızımın gözəl arzuları var idi. O, məktəbi bitirmək, universitetdə oxumaq, ali təhsil almaq istəyirdi. Amma qismət olmadı.
Bahar gələndə, ağaclar, güllər çiçək açanda Türanə çox sevinirdi, üzü gülürdü. Özü 2000-ci il mayın 27-də doğulmuşdu. Hər baharda elə bil, yenidən dünyaya gəlirdi. Günəşə, çiçəklərə aşiq idi. Hər il bağımızdakı ağaclar çiçəkləyəndə, onların arasında şəkil çəkdirirdi. Təbiəti çox sevirdi, məndən isə tez-tez Kəlbəcərdə bitən çiçəklər-güllər haqqında soruşurdu.
Mən anayam, dərdimi içimdə çəkirəm. Bombanın darmadağın etdiyi evimizdə daha yaşaya bilmədik. Həmin evlə üzbəüz yolun o biri tayında, bizim üçün ev tikdilər. İndi həmin ikiotaqlı evdə yaşayırıq. Hər qapıdan çıxanda, o viran qalmış evi, Turanənin al qanlar içərisində qaldığı yeri görürəm. Gündə min dəfə o yeri görmək öldürür məni... Bu dəhşətlər içərisində yaşamaq çətindir. Bir yer ola, baş götürüb gedəm, daha o mənzərəni mənə xatırlatmaya...
Həmin günləri Turənin hərbçi qardaşı Ceyhun Həsənov belə xatırlayır:
- Vətəni qorumaq, düşməndən azad etmək üçün tapşırıq aldığımız həmin gündə hamı sevinirdi. Əsgərlərimizə başqa bir ruh hakim kəsilmişdi. Təsəvvür edin ki, irəlilədikcə, daxilimizdəki gücü hiss edirdik, düşmənin qarşımızdan qaçdığını görəndə isə gücümüz birə-beş artırdı. Hücumun qarşısnı almaqdan əlavə, həm də xeyli torpaqlarımızı geri qaytarmışdıq.
Artıq 5 gün idi ki, yatmamışdıq. Yuxularımız da ərşə çəkilmişdi. Hamı elə bilirdi ki, gözlərini yumsa, döyüşçü dostundan geri qalar. Hamı qələbənin ilk sevincini görməyə can atırdı. Hamı evinə zəng edib, gözaydınlığı verirdi. Bizim hədəfimiz çox irəli getmək idi. Hətta ata-anama zəng vurub demişdim ki, bir-iki günə onlardan muştuluq istəyəcəm.
Mən Kəlbəcərdəki kəndimizdən çıxanda, 7 yaşım var idi. Gözlərimin qabağına tez-tez Murov dağının arxasında yerləşən Bozdu kəndi, Təkə qayası, Qamışdı körpüsü, Sucuqlu kəndi gəlir. Əgər gözlərimi bağlasalar belə, gözüyümlu gedib taparam o yerləri. Fikirləşirdim ki, 1-2 günə gedib kəndimizi də azad edəcəyik və ata-anama, bacım Turanəyə Murov dağının sinəsində bitən çiçəklərdən dərib gətirəcəm.
Aprelin 5-də yenə evə zəng vurub, ata-anama tapşırdım ki, ara sakitləşənə qədər evi tərk etsinlər... Təqribən yarım saat keçmiş, mənə xəbər gəldi ki, evimizə mərmi düşüb, bacım da yaralanıb. Evdəkilərə dedim ki, narahat olmayın, indi tapşıraram dostlarım maşın gətirərlər, bacımı xəstəxanaya apararlar. Özüm isə ön cəbhədən ayrılmaq istəmirdim. Sonra kimsə dedi ki, bacımı mərmi öldürüb. Silah-sursatımı əlimdən alıb, məni kəndə yola saldılar. Döyüş günləri ərzində yaralılar, şəhidlər görmüşdüm, amma bacımın xəbəri ürəyimi lap paralamışdı.
Bilmədim ki, kəndə necə gedib çatdım. Mən ərazinin hərbi xəstəxansına gəldim. Atam və qardaşım orada dayanmışdılar. Atamın o ağrılardan əzab çəkən sifəti indi də yadımdadır. Qışqıra-qışqıra onlara tərəf yeridim:- “Axı, mən sizə demişdim ki, evi tərk edin... Orada niyə qalmışdınız... hanı mənim Turanəm...”- deyib qardaşıma bir sillə vurdum. Ağlayırdım, bağırırdım. Birdən mənim də üzümə bir sillə dəydi. Sillənin təsirindən ayıldım. Bir hərbi-həkim, komandir idi məni sillələyən, belə etmişdi ki, şokdan ayılım. Özümə gələndən sonra, məni tənbeh etdilər, dedilər ki , əsgər, hərbçi belə etməz...
Sonra bacımı aparıb Bərdədə, qohum-əqrabamızın dəfn olunduğu məzarlıqda basdırdıq. Bizim qəbristanlığımız da yoxdur. Hamısı işğaldadır. Mən elə bilirdim ki, həmin günlər torpaqlarımızın hamısını geri alacağıq... Çox üzgünəm... Əlbəttə, xeyli irəliləyişimiz oldu, biz qələbə qazandıq. Düşmənə gücümüzü göstərdik. İndi dayandığımız yerdən yenə irəliyə getmək əmrini gözləyirik.
Həmin günlərdə Turanə mənə məktub yazmışdı ki, “Salam qardaş necəsən? Sən Allah, özünü qoru...Səni gözləyirik...”.
İndi onun yazdığı o sözlər ürəyimi ağrıdır. Bacım bizim Qələbə sevincimizi eşitdi, lakin görmədi, birlikdə sevinmək bizə nəsib olmadı.
Bacımı və atamı itirəndən sonra həyatımız da dəyişib, xoş günlərimiz bizdən çox uzaq düşüb...
İndi anam da ağır xəstədir. İki doğmamızı itirəndən sonra, anamı itirmək qorxusu bizi tərk etmir. O, başımızın tacı, evimizin böyüyüdür. Ailəmizə qaçqınlara verlən mənzillərdən iki otaq verilərsə, Turanənin dəfn olunduğu yerdən uzaqda yaşayarsa, bəlkə o zaman anamın da ömrü uzun olar... axı anam hər gün eşiyə çıxıb yolun o biri üzündəki həyətə baxanda, Turanənin parçalanmış bədənini, sinəsindən qopub yerdə düşüb al qanlar içərisində çabalayan ürəyini görür... Anam hər gün neçə dəfə ölüb, dirilir...
əmin aprel günlərindən sonra Ceyhun belə bir şer də yazıb:
Yaman gündə qatlanmayan dizinizə qurban olum,
Öləndə yaş tökməyən gözünüzə qurban olum.
Yarı arzulara çatan, qanlarını qana qatan
Vətən torpağında yatan, üzünüzə qurban olum.
Söküldünüz ilmə-ilmə, qara günlər bir də dönməz,
Son nəfəsdə “Vətən” deyən dilinizə qurban olum .
Düşmən qıydı sizə nədən, parçalandı neçə bədən
Vətən üçün qurban gedən, canınıza qurban olum.
Namərd sizi etdi talan, olundunuz güllə-baran,
Ceyhun deyər, şəhid olan canınıza qurban olum.
Aida Eyvazlı / Modern.az

Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |