Şrift:
“Urmu gölünü qurtaraq” kampaniyası keçirilir
03.02.2018 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
Uzun illərdir böhran içində olan Urmu gölünü bu vəziyyətdən qurtarmaq üçün azərbaycanlıların birgə mübarizəsi davam edir.



Məlumata görə, bir qrup azərbaycanlı ətraf mühit tərəfdarı dövlətin diqqətini quruyub yox olmaqda olan gölə cəlb etmək üçün yeni kampaniyaya start veriblər. “Urmu gölünü qurtaraq” kampaniyasında toplanan imzalar İranın dini lideri Əli Xameneiyə göndəriləcək.



Gölün qurtarılmasını istəyənlər Teleqramda “@UrmiaLakeCampaignBot” adresinə müraciət edərək kampaniyaya qoşula bilərlər.



Yeni başlayan kampaniyaya qoşulanların sayı sürətlə artır.



Qeyd edək ki, Yaxın Şərqdə baş verən toqquşmalarda milyardlar dollar xərcləyən İran rejimi Güney Azərbaycanda milyonlarla insanın həyatını real təhlükə ilə üz-üzə qoyan Urmu gölü böhranına laqeyd yanaşır, onun qurtarılması üçün büdcə vəsaiti ayırmır. Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri vəsaitin olmadığından gölün bərpası ilə bağlı nəzərdə tutulan layihələrin icra olunmadığı, bəzilərinin isə yarımçıq buraxıldığını bildirir. Göldə isə vəziyyət günü-gündən pisləşir.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed