03.02.2018 [11:40] - Xəbərlər, Siyasət, Bildiriş
Milli Məclisdə “Dövlət himni haqqında” yeni qanun layihəsi hazırlanıb. Davam.az Modern.az-a istinadən xəbər verir ki, sənəd Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində ərsəyə gətirilib.
“Dövlət himni haqqında” yeni qanun layihəsində qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
- Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
- Dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
- Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, Milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
- Dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
- Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.
- Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunmalıdır
- Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
- Azərbaycan Respublikasının Dövlət himni ayaq üstə oxunmalı, sağ əl ürəyin üstə qoyulmalı və Azərbaycan Respublikasının Dövlət Bayrağı istiqamətinə baxılmalıdır.
Yeni qanun layihəsində bundan əlavə daha bir neçə tələb öz əksini tapıb.
Yeni qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə ediləcək.

Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |