05.02.2018 [10:10] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Həmkarlarından Qüdrət Həsənquliyevin vəkilliklə bağlı təklifinə dəstək
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında Vəkillər Kollegiyasına qəbulla bağlı keçirilən imtahandan danışıb. Deputat keçid balının 60-dan 50-yə endirilməsi təklifi ilə çıxış edərək, fikirlərini ciddi arqumentlərlə əsaslandırıb.
Partiya sədri Azərbaycanda vəkillərinin sayının azlığını vurğulayaraq, keçid balı 50-yə endiriləcəyi təqdirdə, Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul olunacağını bildirib. Kollegiyaya üzvlüklə bağlı 2 minə yaxın şəxsin müraciət etdiyini və onlardan 600 nəfərin keçid balını topladığını önə çəkən deputat bunları deyib: “Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir. Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı belə Kollegiyaya üzv olunsaydı, yenə də biz Avropa ölkələrindən 20 dəfə geri qalacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır”.
Birinci vitse-spiker Ziyafət Əsgərov Qüdrət bəyin təklifinə bu cür reaksiya verib: “Mən də sizinlə razıyam, həqiqətən də bu sahədə Avropa ölkələrindən geridəyik. Amma keçid balını 60 balı 50 bala endirsək, sabah deyəcəklər ki, 50 balı da 40-a endirin. Xalqa keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 bal toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir”.
Deputatın bu təklifi ilə bağlı ən müxtəlif reaksiyalar var. Əksəriyyət onun bu təklifinin həyata keçməsinin vacibliyindən danışır. Ciddi vəkil böhranı yaşayan Azərbaycanın bu tipli güzəştlər etməklə problemi yaxın illərdə aradan qaldıra biləcəyi deyilir.
Ali Məhkəmənin sabiq sədri, deputat Tahir Kərimli həmkarının təklifini tam dəstəklədiyini bildirdi: “Qüdrət bəyə təşəkkür edirəm. Komitə iclaslarında da bu məsələni tez-tez qaldırıb. Mənim özüm də komitə iclaslarında iki dəfə bu məsələyə toxunmuşam. Müvafiq Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr olan zaman mən balların aşağı salınması ilə bağlı çıxış edəndə Vəkillər Kollegiyasında sədr əvəzi olan şəxs də mənimlə razılaşmışdı. Hesab edirəm ki, bunun kifayət qədər ciddi əsasları var. Hakim böyük dövlət vəzifəsidir. Təsəvvür edin ki, hakim olmaq üçün də keçid balı 60-dır, həmçinin vəkil olmaq üçün də. Halbuki, vəkil dövlət vəzifəsi tutmur, özünə xidmətə əsaslanır. Əgər vəkil pisdirsə, ondan imtina olunacaq, onu vəkil tutmayacaqlar. Qüdrət bəy də bu məsələyə toxundu, Azərbaycanda vəkillərin sayı dünya standartlarından çox-çox aşağıdır. Qonşu Gürcüstandan 4-5 dəfə aşağıdır. Dünyada az sayda ölkələr var ki, vəkillərinin sayı bizdən az olsun. Həm keyfiyyətcə, həm də kəmiyyətcə bunlar yaxşılaşdırılmalıdır. Vəkillərin sayının çoxaldılması çox mühümdür. Ona görə də, keçid balının aşağı salınması zərurəti yaranır. Nümayəndəlik institutu ilə bağlı dəyişikliklər aparılandan sonra təsəvvür edin ki, məhkəmələrdə proseslərə vəkil qismində çıxanların sayı nə qədər azalıb, müdafiə funksiyaları zəifləyib. Bu baxımdan keçid balını aşağı salmaq çox vacibdir. Ziyafət müəllimin fikirlərinə də hörmətlə yanaşırıq. Ziyafət müəllim deyir ki, 50-yə salsaq, 40 bala salınmasını istəyəcəklər. Açığı mən istərdim ki, hətta keçid balı 40-a düşsün. Vəkil yaxşı olmayacaqsa, pul qazana bilməyəcək. Vəkildən hakimlə bərabər nələrisə tələb etmək doğru deyil. Nə qədər gənclərimiz, hüquqi şəxslər var ki, vəkil kimi fəaliyyət göstərə bilərlər. Onlar hazırda işsizdirlər. Onlar savadlı hüquqi yardım göstərmək qabiliyyətindədirlər. Güman edirdim ki, bu mərhələdə vəkillərin sayı ən 1000 nəfər artacaq. Amma təəssüflər olsun ki, bunun şahidi olmadıq. Bu istiqamətdə qanunvericiliyin təkminləşdirilməsi çox vacibdir. Vəkillərin hüquqlarının təmin olunması nəticə etibarı ilə insanların hüquqlarının təmin olunması deməkdir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu məsələnin dəfələrlə parlamentdə qaldırıldığını qeyd etdi: “Tahir Kərimli və digər millət vəkilləri tərəfindən bu məsələ çox qaldırılıb. Çoxsaylı deputat da bununla bağlı mövqeyini bildirib. Amma Ziyafət müəllimin də dediklərində həqiqətlər var. Biz keyfiyyətli kadrlara yer verməliyik. Hamı görür ki, Azərbaycan cəmiyyətində islahatlar zamanı yetişib, Strateji ”Yol Xəritəsi" həyata keçirilməlidir. Çox ciddi kadr qıtlığı hiss olunur. Hesab edirəm ki, keyfiyyətli kadrların olması çox mühüm məsələdir. Məsələn, Tibb Universiteti minlərlə həkim buraxır, amma onların hamısı yerləşibmi yaxud gözləntiləri doğruldurmu? Hüquqi yardım məsələsində peşəkar vəkillərin olmasının tərəfdarıyam. Hesab edirəm ki, Ziyafət müəllimin peşəkar vəkillərin olması ilə bağlı fikirləri normaldır. Vəkillərin sayının artırılması da çox vacibdir. Çünki Azərbaycanda, ən çox da bölgələrdə vəkillərə çox böyük ehtiyac var. Ortaq nöqtə tapmaq lazımdır, vəkillərin sayını artırmaq lazımdır, özü də keyfiyyətli vəkillərlə".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |