Şrift:
İspaniya sahillərində gəmi qəzaya uğrayıb, onlarla miqrant ölüb
05.02.2018 [10:26] - Hadisə
İspaniyanın muxtar Melilya şəhərinin sahillərindən bir neçə kilometr məsafədə baş vermiş gəmi qəzası nəticəsində 21 miqrant həlak olub.
Bu barədə TASS agentliyi "El Pais" qəzetinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, onların cəsədləri Mərakeşlə sərhəddə, Aralıq dənizində aşkarlanıb. Qaçqınlara yardım edən ictimai "Caminando Fronteras" təşkilatının fəalı Yelena Malena "Twitter"də yazıb ki, qəzaya uğramış gəmidə 47 miqrant olub. Onun sözlərinə görə, hələlik 21 nəfərin cəsədi tapılıb.
Beynəlxalq Miqrasiya Təşkilatı daha əvvəl 2017-ci ildə Avropaya Aralıq dənizi vasitəsilə gələn qaçqınların və miqrantların sayının 171 min nəfəri ötdüyünü xəbər verib. Onların 3 min nəfəri yollarda həlak olub.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed