Şrift:
Konqoda etnik düşmənçilik zəminində onlarla insan öldürülüb
05.02.2018 [10:40] - Hadisə
Konqoda etnik düşmənçilik zəminində qarşıdurma baş verib.
Məlumatda bildirilir ki, toqquşma ölkənin şərqində, İturi vilayətində, Buniya şəhəri yaxınlığında baş verib.
Lendu etnik qrupunun üzvləri Xema etnik qrupuna hücum edib. Toqquşma zamanı 26 nəfər həlak olub. Vilayətin hökumət orqanlarındakı mənbənin məlumatına görə, bir neçə ev yandırılıb.
Qeyd edək ki, yanvarın əvvəllərində prezident seçkilərinin ləğvinə etiraz əlaməti olaraq ölkəni narazılıq bürüyüb. Kinşasada güc strukturları ilə toqquşmalarda 7 nəfər öldürülüb.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed