22.06.2012 [12:28] - Gündəm, Hüquq
“Azərbaycan Prezidenti yanında Əfv Komissiyasına daxil olan bütün müraciətlər və sənədlər araşdırılır”.
Bunu Əfv Komissiyasının üzvü, deputat Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib: “Bütün müraciətlərə komissiyada obyektiv və ədalətli şəkildə baxılır və müvafiq tövsiyə sənədi hazırlanaraq prezidentə təqdim edilir”.
A.Quliyev növbəti əfv sərəncamının nə zaman imzalanacağı, neçə nəfərin əfv olunacağı barədə məlumatının olmadığını, bu məsələnin dövlət başçısının səlahiyyəti daxilində olduğunu deyib: “Biz bu sayı qabaqcadan açıqlamırıq, siyahıda neçə nəfərin adının olmasını cənab prezident müəyyənləşdirir. Daxil olan elə bir sənəd yoxdur ki, diqqətdən kənarda qalsın. Kim əfv komissiyasına müraciət edirsə, həmin müraciətlərə əfv komissiyasının üzvləri tərəfindən birmənalı baxılır”.
Komissiya üzvü onu da deyib ki, hər hansı bir cinayət əməli kifayət qədər ictimai təhlükə yükü daşıyırsa onu törədənin yenidən əfv olunmasının heç bir mənası yoxdur: “Çünki biz yenidən həmin təhlükəli insanları cəmiyyətə qaytara bilmərik. Hər hansı şəxs cəzasının yarıdan çoxunu çəkirsə, onun artıq ictimai baxımından təhlükəsi qalmırsa, törətdiyi cinayət nəticəsində dəymiş ziyan ödənilirsə və öz əməlindən səmimi şəkildə peşmançılıq hissi keçirirsə və bundan sonra həmin şəxsin əfvi barədə tövsiyə hazırlanıb cənab prezidentə göndərilir. Əks təqdirdə isə Əfv Komissiyası bütün bu hallarla bağlı müsbət qərar qəbul edə bilməz”.

Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |