Şrift:
DIN: Baş redaktorun həbsi onun peşə fəaliyyəti ilə bağlı deyil
22.06.2012 [12:39] - Hüquq
"Tolishi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi onuin peşə fəaliyyəti ilə bağlı deyil. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Məmmədov törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.
Rəis müavinin sözlərinə görə, Məmmədov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində saxlanılıb və onun üzərinə baxış zamanı üstündən 5 qramdan artıq narkotik vasitə olan heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 30 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Zahidov deyib ki, Məmmədovun həbsinin onun peşə fəaliyyəti ilə əlaqəli olması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır. .
"Hilal Məmmədov hüquq müdafiəçisi və jurnalist olduğu üçün deyil, törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır", nazirlik rəsmisi deyib.
Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed