06.02.2018 [10:24] - Siyasət, Türk dünyası-Turan
Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın federasiya qarşısında 240 milyon dollar həcmində qalıq borcunun silinməsini nəzərdə tutan protokolu təsdiqləyib.
Borcların tənzimlənməsi barədə saziş hələ 2012-ci ildə bağlanıb, protokol bu sənədə aiddir.
Həmin dövrdə Bişkekin Moskvaya olan borcu 488,9 mln. dollar təşkil edib. 2013-cü ilin mayında Moskva onun təqribən 188,9 mln. dollarını silib, 300 mln. dollar həcmində qalan məbləğin isə 10 il ərzində silinməsi nəzərdə tutulub.
Lakin 2017-ci ilin fevralında Qırğızıstan prezidenti Almazbek Atambayev Putinə müraciət edərək qalan borcun bir vaxtda silinməsini istəyib. O bunu Bişkekin borc göstəricisinin yaxşılaşdırılması zərurəti ilə izah edib. Həmin ilin yayında müvafiq protokol imzalanıb.

Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |