Şrift:
Dağıstan hökuməti istefaya göndərilib
06.02.2018 [10:24] - Dərbənd
Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev respublika hökumətini istefaya göndərib.
Hökumət sədri səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Qəribova həvalə edilib.
Hökumətə yeni tərkib formalaşdırılanadək öz fəaliyyətini davam etdirmək göstərişi verilib. Fərman imzalandığı gündən qüvvəyə minib.
Bundan əvvəl Dağıstanın baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidovun evində aparılan axtarış zamanı qızıl TT tapançası, "Beretta" tapançası və iki "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.
Bu xəbər oxucular tərəfindən 10728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed